Yuxarı

Qusarçaylı və Xanım İsmayılqızıdan yenilik

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şairlərimizin işləri necə gedir, yaradıcılıq baxımından oxucularını nə ilə sevindirə biləcəklər?

İki tanınmış şairimiz Kult.az-ın sorğusuna cavab verərək, yaradıcılıqlarındakı yenilikləri bölüşüb.

Şair-bəstəkar Xanım İsmayılqızı:

"Sözləri Qulu Ağsəsə aid olan "Yurduma dəyən olmasın" adlı yazdığım vətənpərvər mahnı XAN qrupunun ifasında səsləndi. Bundan əlavə, sözləri Elman Tovuza aid olan "Heç xəbərin olmayacaq" mahnım Şəhla Həmidovanın, sözləri Leyla Əliyevaya aid olan "Getmə" mahnım isə Ülviyyə Tağıyevanın ifasında lentə alınıb. Musiqisi və sözləri özümə məxsus olan "O yerdəyəm" mahnısı isə Ayan Babakişiyevanın ifasında lentə alınıb və hazırda həmin mahnıya klip çəkilişləri gedir. Bundan əlavə, Elçin Mirzəbəylinin sözlərinə bəstələdiyim "Ovut məni" mahnımız aranjiman prosesindədir. Yaxın günlərdə hazır olacaq. Bir necə yeni mahnı, şeir də artıq yazılıb".

Şair Ramiz Qusarçaylı:

"Hazırda "Gedəsən dünyanın axırınacan" adlı şeirlər kitabım nəşriyyatda çap prosesindədir, ümid edirəm ki, Novruz bayramına kimi dəyərli oxucularımı sevindirə biləcəyəm. Şərti adı "Məğlubiyyət" olan poemanı yekunlaşdırmaq üzrəyəm. "Seyrə seyri" adlı tarixi mövzuda bir poema yazıram. "Eşşəknamə" adlı kitabım yeni tərtibatda nəşrə hazırdır. Şeirlər, miniatür hekayələr, satirik əsərlər də yaranır".

Tarix
2017.03.11 / 01:24
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla