Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Avqust 2017


Yunus Əmrənin Qaxdakı məzarı - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oncallı kəndinin Oğuz qəbiristanlığında dəfn olunan Yunus Əmrə və onun mürşidi Hacı Tapdığın məzarları həmin qəbirsitanlığı ziyarətgaha çevirib.

ARB xəbər verir ki, Anadolu türkcəsində yazan Şeyx Yunus Əmrənin şeirlərinin dil xüsusiyyətləri Oğuz türklərinin məkanı olan Qax rayonunun Oncallı kəndində çox sevilir.

Söylənilir ki, Yunus Əmrə bir neçə nəfərlə Anadoludan səfərə çıxıb və Qaxda yaşayıb-yaratmağı qərara alıb. 2010-cu ildə Türkiyənin o vaxtki prezidenti Abdullah Gül də məzarı ziyarət etmək üçün bura səfər edib.

Yunus Əmrə və mürşidi Hacı Tapdıq Oncallı kəndində fəaliyyət göstərdikləri dövrlərdə nüfuz sahibi olub, hər kəs tərəfindən hörmət qazanıblar. Onlar sanki öləcəklərini əvvəlcədən bilirdilər. Oncallı kəndində xəstəlik yayılır və insanların kütləvi qırılması baş verir. Bunu görən Yunus Əmrə və mürşidi məzarlıqda yerin qalmayacağın görərək, əvvəlcədən özlərinə yer seçirlər.

Onu qeyd edək ki, Türkiyə Mədəniyyət Nazirliyinin müşaviri Feyzulla Budaqlı Qaxda olarkən Oncallıdakı qəbiristanlığa getmiş, Yunus Əmrə və Hacı Tapdığın qəbirlərini gördükdə heyrətlə demişdi: "Türkiyədə Yunus Əmrəyə istinad edilən qəbirlərin sayı bəlkə də 20-dən çoxdur. Lakin Türkiyədəki həmin 22 qəbrin heç birinin yaxınlığında əfsanələrin, rəvayətlərin təsdiqi olaraq Tapdıq babanın qəbri yoxdur. Deməli, məşhur el şairinin qəbrinin yeri barədə söylənilən ehtimalların ən ağıla batanı Qaxın Oncallı kəndidir".

Tarix
2017.04.18 / 01:18
Müəllif
Kult.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Fəttah Heydərov Qəbələdəki musiqi festivalında - Foto

Gənclərimiz tamaşaçılara unudulmaz anlar yaşatdı

Orbakayte: Bakı hər dəfə məni təəccübləndirir

Bakıda özümüzü evimizdəki kimi hiss edirik - Potap

Bakıda “Jara” həyəcanı davam edir: Növbəti keçid

Brejneva: Bakı festivalından böyük gözləntilərim var

Ani Lorak: Bakını çox sevirəm

Məşhur rok qrupundan təqdirəlayiq hərəkət

“İlk məqaləm necə dərc olundu?” – Rəsulzadənin xatirəsi

Qubada 3 əsrdən çox yaşı olan məzarlıq - Video

KULT
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla