Yuxarı

Xan evi: Venesiyadan güzgü, qızıl buxarı... - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlar qoynunda yerləşən Şəkiyə gələn hər kəs “Şəkixanovlar evi”ni ziyarət edir. Biz də gözəlliyi ilə göz oxşayan bu evə daxil olarkən bir müddət susub, tamaşa etdik.

Bizi burada Şəkixanovlar evində muzey bələdçisi olan Rumella Məmmədova qarşıladı. Heyrətimizə səbəb olan ev haqqında Axar.az-a məlumat verdi:

“Bu ev 1765-ci ildə Şəki xanı Məhəmməd Hüseyn xan tərəfindən tikilib. Hansı usta tərəfindən tikilməsi məlum deyil. Tikintisində çay daşından və çiy kərpicdən istifadə olunub. Sonralar çiy kərpicin bir hissəsi bişmiş kərpiclə əvəz olunub. Pəncərələri şəbəkə üsulu ilə düzəldilib. Heç bir mismardan və digər dəmir alətlərdən istifadə olunmayıb. Şüşələrin rəngi ilin dörd fəslinə uyğun olaraq seçilib. İki mərtəbəli, 6 otaq və 4 dəhlizdən ibarətdir. Hər mərtəbədə 3 otaq və 2 dəhliz var. Birinci mərtəbədəki mərkəzi otaq qış üçün yaşayış otağı, yan otaqlar isə mətbəx və təsərrüfat işləri üçün istifadə olunub. Qapıların alçaq olması xidmətçilərin daxil olarkən təzim etmələri üçün nəzərdə tutulub.

Birinci mərtəbənin döşəməsi olduğu kimi saxlanılıb. İkinci mərtəbədə torpaq döşəmə olub. Döşəmənin üstündən həsir, sonra isə xalça salınırmış. Həsir toz yaranmasının qarşısını almaqdan ötrü olub. Döşəmə qışda rütubəti özünə çəkməklə istilik, yayda isə rütubəti verməklə sərinlik yaradıb. Bərpa zamanı isə taxta döşəmə ilə əvəz olunub. Dəhlizdə kiçik bir yerdə gələn turistlərə göstərmək üçün saxlanılıb. İkinci mərtəbədəki rəsmli otaq qonaq otağı, digər iki otaq yaşayış üçün olub. Yaşayış otaqları sadə olub, heç bir bəzəkdən istifadə olunmayıb. Bu otaqlar daha çox ibadət üçün nəzərdə tutulub. Fikir yayınmasın deyə, heç bir bəzək vurulmayıb. Rəngli şəbəkədən düşən işıq divarlarda, tavanda, döşəmədə əks olunur və parlaq rənglər yaradır. Qonaqlar üçün nəzərdə tutulan mərkəzi otaq isə xüsusi bəzədilib. Divarlarda iki sıra müxtəlif mövzulara uyğun çəkilmiş rəsmlər var. Birinci sıradakı divarda boşluqlar - taxçalar var. Hər boşluğun içində Nizami Gəncəvinin “Yeddi gözəl”, “Leyli və Məcnun” və başqa poemalarının qəhrəmanlarının rəsmləri təsvir olunub. İkinci sıradakı boşluqlar - rəflər təbiət süjetli rəsmlərlə bəzədilib. Burada çəkilmiş ağacın altında ceyranlar, quşlar, şirlər, güllər gözəlliyi ilə insanı valeh edir. Divarda güzgülərlə bəzədilmiş xüsusi bir zolaq var. Bu güzgülər Venesiyadan gətirilib. Müəyyən bir hissəsi bərpa olunub. Qalanları orijinaldır. Yuxarıdakı rəflər bahalı əşyalar və müqəddəs kitabları qoymaq üçün istifadə olunub. Tavan bir süjetli rəsmlə tamamlanıb. Bitki aləmini əks etdirən şəkillər və bu fonda 4 yarıçılpaq qadın mələk çəkilib.

Otağın qapısına girişdə fars dilində “Xoş gəlmisiniz” yazılıb. Qapılar xonça tiplidir. Burada da mismardan, dəmirdən istifadə olunmayıb. Taxtalar bir-birinə keçirilməklə düzəldilib. Üzərində heç bir bərpa işi aparılmayıb. Orijinal rəngini və formasını bu günə qədər saxlayır. Buxarı xüsusi zövqlə qızıl tozu ilə işlənilib. Ev bir müddət baxımsız qaldığı üçün uçmaq təhlükəsi yaranmışdı. Mədəniyyət Nazirliyinin göstərişi ilə 2012-ci ilin noyabrından burada bərpa işlərinə başlanıldı. Əməkdar rəssam Natiq Səfərov tərəfindən bərpa olunub. Divar hissələrinin çoxu olduğu kimi qalıb, yalnız on faizi düzəldilib”.

Tarix
2017.05.21 / 10:24
Müəllif
Ülviyyə Əhmədova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla