Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Avqust 2017


9 yaşında evlənən, narkotik maddə əkən... liderlər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günədək tarixdə iz qoyan məşhur müharibələr olub. Bu savaşların nəticəsində mövcud quruluşlar yıxılaraq, yeniləri ilə əvəz olunub.

Kult.az Moderator.az-a istinadən müharibələrdə məşhurlaşan 10 lider haqqında bəlkə də bu günədək bilmədiyiniz məlumatları təqdim edir:

Mustafa Kamal Atatürk: Atatürk plov yeməyinə düşkün olub. Səhər yuxudan oyananda ilk işi qəhvə içmək imiş. Ən çox sevdiyi kitab "Çalıquşu" olub. Dünya səyahətinə çıxmağı çox istəyib. Ona "ata" xitabıyla yanaşılmasını xoşlamayıb. Heyvanlardan atları, itləri və quşları çox sevərmiş. Ağ köynək geyinməkdən heç vaxt əl çəkməyib. Kostyumlarının dizaynını özü tərtib edib. Həyatındakı ən önəmli qadınlardan olan Fikriyə xanım Atatürkün Lətifə xanımla evlənməsinə dözməyərək intihar edib. Atatürk üzməkdən, at sürməkdən, bilyard oynamaqdan çox zövq alıb. Fransız dilini mükəmməl bilib.

Çingiz Xan: O, 9 yaşında evlənib. Nəvəsi Xubilay xan onun vəsiyyətini yerinə yetirərək, Çini ələ keçirib. Çingiz xan övladları arasında mübahisə yaranmasın deyə vəsiyyətini əvvəlcədən hazırlayıb. Ölümündən sonra imperatorluğu 150 il yaşayıb.

Vladimir Lenin: Lenin gecə yatmazdan əvvəl ayaqüstə işığın altında kitab oxuyar və bunu edərkən tərpənməzmiş. Heç vaxt siqaret çəkməyib, yanında çəkilməsinə də icazə verməyib. Sağ tərəfi iflic olduqdan sonra sol əli ilə yazmağı öyrənib. Bəzi mənbələrdə bildirilir ki, Stalin tərəfindən öldürülüb.

Adolf Hitler: O, heç vaxt maşın sürməyi öyrənə bilməyib. İlk sevgilisi intihar edib. Həyat yoldaşı Yeva Braun 2 dəfə intihara təşəbbüs edib. Almalı tort və isti şokoladı çox sevib. Saqqalını yalnız özü kəsərmiş. Həyatının son günlərində astronomiya ilə maraqlanmağa başlayıb. Vegeterian olub. Piyada gəzməkdən savayı idmana həvəs göstərməyib. Siqaretə nifrət edib. 1938-1939-cu illərdə Nobel mükafatına namizədlər sırasında göstərilib.

Çe Gevara: O, İrlandiya əsilli ailədə doğulub. Əvvəlki silahdaşı, sonrakı düşməni Fidel Kastro onun ölümünü uzun müddət qəbul edə bilməyib.

Mahatma Qandi: Uşaq vaxtı qaranlıqdan qorxub. 13 yaşında 14 yaşlı qızla evlənib. Nobel mükafatı üçün namizədliyi irəli sürülsə də, onu ala bilmədən vəfat edib. Əsasən meyvə, keçi südü, zeytun yağından daha çox istifadə edib.

Corc Vaşinqton: O, heç vaxt məktəbə getməyib. Bəzi vaxtlarda evdə müəllimlər ona dərs keçib. Həyat yoldaşı və dostları ona "general" deyə müraciət edib. Ölkənin öndə gedən liköl və viski hazırlayanlarından olub. Torpaqlarında marixuana yetişdirirdi. Dövlət başçısı olan ilk massondur. Ənənədən yayınaraq parik taxmayıb.

Makedoniyalı İsgəndər: İsgəndər digər makedoniyalı kişilərə görə balacaboylu hesab olunur. Tarixçilərin çoxu onu ən bacarıqlı hökmdar hesab edir. Aristoteldən tibb, fəlsəfə, əxlaq və məntiq dərsləri alıb. Tamaşa, şeir və ov etməyi çox sevib.

Fateh Sultan Məhməd: Yaxşı şair olub. 30-a qədər şairə sarayında maaş kəsib. Sultan Süleyman Qanunidən əvvəl "Qanunnamə" hazırladıb. Otluqbeli döyüşündəki qələbəsinin şərəfinə 40.000 əsiri sərbəst buraxdırıb.

Tarix
2017.06.16 / 00:11
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Fəttah Heydərov Qəbələdəki musiqi festivalında - Foto

Gənclərimiz tamaşaçılara unudulmaz anlar yaşatdı

Orbakayte: Bakı hər dəfə məni təəccübləndirir

Bakıda özümüzü evimizdəki kimi hiss edirik - Potap

Bakıda “Jara” həyəcanı davam edir: Növbəti keçid

Brejneva: Bakı festivalından böyük gözləntilərim var

Ani Lorak: Bakını çox sevirəm

Məşhur rok qrupundan təqdirəlayiq hərəkət

“İlk məqaləm necə dərc olundu?” – Rəsulzadənin xatirəsi

Qubada 3 əsrdən çox yaşı olan məzarlıq - Video

KULT
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla