Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 May 2018


Ərdoğan Əhməd Qayaya hücum edənləri top atəşinə tutdu – Foto/Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə 1999-cu il 12 fevral tarixində "Şou-biznes Jurnalistləri" dərnəyinin təşkil etdiyi mükafatlandırma gecəsində Əhməd Qaya "kürd əsilli olduğum üçün kürdcə mahnı yazıram və bu mahnıya klip çəkirəm. Bu klipi yayınlayan ürəkli insanların olduğunu da bilirəm" cümləsindən sonra çəngəl-qaşıq atəşinə tutulduğunu çoxları xatırlayır. Orada olub da səsini çıxarmayan bütün sənətçilər hərəsi illər sonra özünə bir cür haqq qazandırmağa çalışmışdı.

Dünən isə Türkiyənin baş naziri R.T.Ərdoğan partiyasının toplantısında həmin gecədə Əhməd Qayaya qarşı çıxan sənətçiləri tənqid atəşinə tutub. Ancaq o gecədə bu günkü iqtidarla heç bir problemi olmayan və dəstək verən sənətçilər də olub.

Ərdoğan toplantıda "Gəzi hadisələrində bizə hücum edənlər kimlər idisə, o vaxt Əhməd Qayaya hücum edənlər də onlar idi",- deyib. Ərdoğanın sülh prosesində layihəsi olan "Aqil insanlar" heyətində yer alan, sonradan istefa verən və vaxtıyla "Əhməd Qayaya hücum edilən zaman tualetdə idim" deyən məşhur aktyor Qədir İnanıra da "yalançının şamı söndü, görüntülər ortadadır",- deyə Baş nazir cavab verib.

Bəs Qayanın "çəngəlləndiyi" həmin mükafatlandırma gecəsində başqa kimlər var idi? Kimlə sadəcə seyrçi qalmışdı? Kimlər sonradan özünə haqq qazandırmağa çalışdı?

İbrahim Tatlısəs, Ajda Pekkan, Sərdar Ortac, Adnan Şənsəs, Muazzez Ərsoy və Məhsun Qırmızıgül...

Diyarbəkirdə İraqın kürd regional rəhbərliyinin başçısı Məsud Bərzani ilə Ərdoğanın görüşməsində sülh prosesinə dəstək vermək üçün mühacirətdən qayıdan kürd aşıq Şivan Pərvər ilə duet oxuyan İbrahim Tatlısəs də o vaxt Əhməd Qayanı müdafiə etməyənlərdən olub.

Həmin hücumdan sonra sənətçilərin özlərinə bəraət qazandırmaq üçün səsləndirdiyi fikirlər:

Sərdar Ortac Əhməd Qayadan sonra səhnəyə çıxaraq "Onuncu İl" marşını (Türkiyə Cümhuriyyətinin yaranmasının onuncu ili şərəfinə yazılmış mahnıdır) xorda oxumuş və "bu vətən bizimdir, başqalarının deyil" demişdi. Buna görə görüşdə neçə ildən sonra üzr istəyib:

"Həmin vaxt eyforiyada idim. Cəzasını çəkdim. Ancaq çəngəl atmamışam. Atmışamsa əlim qırılsın".

Adnan Şənsəs mükafat gecəsində "Onuncu İl" marşının ən alovlu solisti olub. İndi isə Ərdoğan haqda "o, Allahın bu ölkəyə lütfüdür" deyir və əvəzində Ərdoğan ona "Adnan abi" deyə qarşılıq verir.

Muazzəz Ərsoy da Əhməd Qayanın susdurulduğu gecənin "vətənpərvərlik xoru"nda yer alanlardan idi. Ərdoğan ilə yaxın dost olduğu deyilir. AKP-nin təşkil etdiyi bütün xüsusi konsertlərin əvəzolunmaz solistidir.

Ajda Pekkan Ərdoğan ilə birlikdə Somaliyə gedib. Və mükafat gecəsində "Onuncu İl" marşını oxudan Sərdar Ortacın yanaqlarını oxşayaraq təbrik edən meqastardır.

Məhsun Qırmızıgül Əhməd Qaya kürdcə klip çəkdirəcəyini açıqladığı zaman linç edilərkən səhnədə "Onuncu İl" marşını oxuyub. Qırmızıgül illər sonra kürdcə mahnı da oxuyub, klip də çəkdirib.

İbrahim Tatlısəs də o gecədə mükafat alan müğənnilərdən biridir. Tatlısəs illər sonra, o gecə üçün tənqidlərə məruz qaldığı zaman özünə belə haqq qazandırıb:

"Nə vaxtı ki, Əhməd Qaya ilə əlaqədar bir şey yazsam, bəzi sənətçilər "sən də orda idin" deyir. Mən orada deyildim. Orada olsaydım, çəngəl atardımmı, axmaqsınızmı? Bəli, mən də həmin gecə mükafat aldım. Kaş ki, almazdım. Mən saat 11-də Taksimdəki "Maksim" kazinosunda səhnədən çıxıb, ora getdim. Və orada öyrəndim, bəylər. Mən hər dəfə izah etməkdən bezdim, ancaq siz məni yormaqdan bezmədiniz. Hansı şərəfsiz məni orada görübsə, əvəzini ödəməyə hazıram. Bəs siz? Vallah yoruldum, billah yoruldum".

Tarix
2013.11.20 / 17:19
Müəllif
Vüsal Tağı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ermənilərin arzusunu gözündə qoyan tarixçi vəfat etdi

Gəncədə parad: Avropanın İdman Şəhəri seçildi

Leyla Əliyevadan maraqlı təklif - Video

Gecəni qəribə səslər gələn tuneldə keçirdi və... - Video

Azərbaycanlılar alman həkimi necə şoka saldı

Cümhuriyyətin 100 illiyi: Dilqəm Əhmədin sərgisi - Foto

Köhnə paradiqmalar və Bakının yeni vizionu

Zirəddin: Alpinistlər bu cür həlak olub - Foto

Türk professor “Türkologiya” jurnalında – Seminar

Bakı-Batumi stansiyasına "abidə" statusu verildi

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla