Yuxarı

Milanda rəssamlarımızın sərgisi keçiriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 22-dən 29-dək Milan şəhərində "Chiesa Rossa" kitabxanasının binasında Azərbaycanın gənc rəssamlarının sərgisi keçiriləcək.

"Axar.az"ın xəbərinə görə, sərgidə iştirak etmək üçün Azərbaycandan 19 nəfərdən ibarət nümayəndə heyəti noyabrın 22-dən 29-dək İtaliyada səfərdə olacaq.

Sərgidə nümayiş etdirmək üçün 12 rəssamın 50 əsəri seçilib. Onlardan Günay Bəylərovanın "Xocalı fəryadı", Bəhriyyə Əliyevanın "Qızıl gül", Aynur Əsədovanın "Azərbaycan süvenirləri", Mehriban Mehdizadənin "Arşın mal alan", Ayan Kərimovanın "Süsənlər", Günay Mehdizadənin "Güllərin illüziyası", Tatyana Quliyevanın "Köhnə Bakı", Cəmilə Əliyevanın "Ortaq məxrəc", Ləman Kərimovanın "Qara üzüm", Azər Əsədovun "Qədim Bakı abidələri", Ramal Kazımovun "Darıxdırıcı gün" və Kəmalə Kərimovanın "Taxta stolun üzərində meyvələr" adlı rəsmlərinin adını çəkmək olar.

Təşkilatçılar sərginin İtaliya sənətsevərlərinin, rəssamların diqqətini cəlb edəcəyinə ümid bəslədiklərini, humanitar və mədəni əməkdaşlığın inkişafına təkan verəcəyinə inandıqlarını bildirdilər.

Sərginin sonunda rəssamlara səfirliyimiz tərəfindən sertifikat-plaketlər təqdim olunacaq.

Tarix
2013.11.21 / 23:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla