Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Fevral 2018


Ermənilər Bakıda "Qarabağın" sağlığına içdilər

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ermənilər Dağlıq Qarabağın müstəqilliyi şərəfinə badə qaldırıblar".

Bu sözləri Axar.az–a NATO-nun Bakıdakı tədbirindən açıqlama verən millət vəkili Zahid Oruc deyib.

Millət vəkilinin sözlərinə görə, bu gün də davam edən tədbirdə Cənubi Qafaqazın Təhlükəsizlik məsələsi ətrafınada çox uğurlu təqdimatlar olub və mühüm fikirlər səsləndirilib:

"NATO seminarına qatılan ermənilərin tədbiri əsas mövzulardan uzaqlaşdırmaq, iki dövlət arasında siyasi vuruşlara həsr etmək, bizi müəyyən mənada emosional mövqelərə təhrik etmək, mövzuların diskusiyasına maneə törətmək, NATO-nun tədbirdə iştirak edən çoxsaylı qonaqlarını mövzulardan yayındırmaq, ayrılan vaxtın gələcək strategiyaların səmərəsiz olduğuna inandırmaq kimi cəhdləri boşa çıxıb".

Zahid Oruc həmçinin bildirib ki, aparıcı moderator Poll tədbirdə erməni parlamentarisinin təxribatçı mövqeyini və leksikonunu qınayaraq mikrofonu söndürüb. Bununla da sübut olunub ki, səngərdə dayanıb atəş açan ermənilərlə tədbirə polemika məqsədi ilə gələnlər arasında heç bir fərq yoxdur:

"Məndə olan dəqiq məlumata görə, tədbirin əsas hissəsindən çıxan ermənilər, - ifadəmə görə üzr istiyirəm, - ayaqyoluna gedərək orada Dağlıq Qarabağın müstəqilliyi şərəfinə badə qaldırıb, 10 dəqiqədən sonra isə çıxıblar. Daha sonra dırnaqarası sağlıq hadisəsini Tvitter sosial şəbəkəsində paylaşıblar. Ermənilərin bu qeyri-etik davranışı birincisi onların ədəblərinin hansı səviyyədə olduğunu ortaya qoyur, ikinçisi isə Qarabağın sağlığını ancaq onlar belə bir yerdə deyə bilərdilər, üçüncüsü, bəlkə də hər hansı reaksiya olacağından sığortalanmaq üçün ediblər, dördüncüsü isə mən onlar tərəfdən hər iki şəxsi çox yaxşı tanıyıram. Guya sözdə dostluq, əməkdaşlıq, sülh dilini yansıtsalar da, altında xirtdəyəcən erməni niyyətinin gizləndiyinin dəfələrlə şahidi olmuşuq.

NATO-nun tədbiri hazırda da davam edir və düşünürəm ki, Azərbaycan özünün əsas mövqeyini ortaya qoya bilib".

Tarix
2014.06.17 / 15:59
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Xocalı ilə bağlı yeni film: “Cəzasız cinayət”

Tanınmış şair-dramaturq vəfat etdi

Sədr TV-də aşıqları öz şeirini oxumağa vadar edir? - Açıqlama

ADU-da Maslenitsa bayramı - Foto

Azərbaycana 7 günlük tur paketlər... - Foto

Unikal icad: Daha sürücü sükan arxasında yatmayacaq - Video

Dünya şokda: 2118-ci ildən gəlmişəm, bu da fakt - Video

Rektor dərsə gecikən tələbələrə hədiyyə verdi – Video

Leyla Əliyeva babasını təbrik etdi

Bu görüntülər Azərbaycanda çəkildi: Şok kadrlar... - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla