Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
13 Dekabr 2018


800 türk 70 minlik ordunu darmadağın etdi - Tarixi şok

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstər haqqında çəkilmiş filmə, istərsə də tarixi mənbələrdə yer alan şişirdilmiş məlumatlara görə “300 spartalı” əfsanəsi bu gün dünyanın əksər ölkələrində böyük heyranlıqla xatırlanır. Xalqların işğalçı qüvvələrə qarşı mübarizəsi tarix boyu davam edib. Lakin bunlardan biri xüsusilə diqqəti cəlb edir. Haqqında bəhs edəcəyimiz savaş 1371-ci ildə serblərlə türklər arasında Meriç sahilində baş vermiş Çirmən döyüşüdür. Bu döyüşdə 800 türk əsgəri xüsusi silahlanmış 70 minlik serb ordusunu məğlub edib.

Kult.az türk dünyası üçün mühüm əhəmiyyət kəsb edən Çirmən döyüşü haqqında yazını təqdim edir:

Serbsındığı savaşı

Sultan Muradın ardıcıl fəthlərindən narahat olan xristian dünyası Osmanlının qarşısını kəsmək, onu Balkanlardan çıxartmaq üçün hərəkat başlatdı. Qısa müddətdə Serb İmperatorluğu, Macar Krallığı, İkinci Bulqar İmperatorluğu və başqa hərbi birləşmələr ittifaq yaradaraq, Osmanlıya hücum etdilər.

30-40 minlik xristian ordusu Lala Şahin Paşanın rəhbərlik etdiyi Osmanlı ordusu ilə qarşılaşdı. Osmanlı ordusunun komandirlərindən Hacı İlbəy əsgərlərinin sayca çox olmasını göstərmək üçün onların əllərində 2 məşəl tutmalarını istədi. Belədə bir anda Osmanlı ordusunu sayı iki dəfə “artdı” və onlar hücuma keçdilər. Bu coğrafiyaya yaxşı bələd olmayan ittifaq ordusu ağır məğlubiyyətə uğrayacağını görüb qaçmağa çalışdı, lakin bir çoxu çayda boğuldu.

Tarixə Serbsındığı müharibəsi kimi düşmüş bu savaş Osmanlının qəti qələbəsi ilə başa çatdı.

Çirmən döyüşü

Lakin Serb kralı Covan İqlyesa bu məğlubiyyəti həzm edə bilmir. O, Sultan Muradın Anadoluya getməsindən istifadə edərək, qəfil hücuma keçməyi qərara alır. Buna görə də 70 minlik ordu yaradılır (Bu rəqəm dövrün bizanslı tarixçiləri tərəfindən göstərilib). Lala Paşa və Evrenos bəyin rəhbərlik etdiyi Osmanlı birlikləri əvvəlcə serb ordusunun irəliləməsinə imkan verir. Serb və Makedon ordusu Çirmən kəndinə gələrək, burada düşərgə salır. İçki məclisi quran ittifaq ordusu gecəyə qədər yeyib-içir, şənlənir. Taktiki baxımdan əlverişli yerdə mövqe tutmuş 800 türk əsgəri gecə yarısı ikən serb-makedon birliyinə hücum edir. Ani hücumdan çaşbaş qalan ittifaq əsgərlərinin bir qismi məhv edilir, bir qismi isə qaçmağa çalışır.

800 Osmanlı əsgəri bu hücumla 70 minlik ordunu pərən-pərən salır. Düşmən qüvvələrinin daxilinə girməyi bacaran Osmanlı süvariləri serb və makedon komandirləri öldürürlər. Bundan sonra ordunun digər hissəsi də başsız qaldığı üçün nə edəcəyini bilmir.

Qaçmaq istəyən serb əsgərləri Meriç çayında boğuldu və öldürüldü, əsir düşdü. Mənbələrin yazdığına görə, Çirmən döyüşündən sonra sözügedən çay serb əsgərlərinin qanına boyanmışdı.

Türklər Avropanın qapısını açdı

Bu qələbədən sonra Osmanlının Makedoniyaya, Avropaya yolu açıldı, Drama, Kavala, Serez və Yunanıstandakı başqa ərazilər türklərin əlinə keçdi.

Makedoniyadakı serb şahzadələri, Bolqar kralı və Bizans İmperatoru Osmanlının hakimiyyətini tanıdılar və vergi ödəməyə razı oldular. Bununla yanaşı, Osmanlı İmperiyası Balkanlarda gücləndi.

Çirmən zəfəri Osmanlı İmperiyasının yerləşdiyi coğrafiyaya daha da yayılmasının, burada böyüməsinin, qüdrətlənməsinin başlanğıcı idi.

Tarix
2018.10.03 / 08:00
Müəllif
Aqşin Evrən
Şərhlər
Загрузка...
Digər xəbərlər

Rozanın imtina etdiyi maşınla bağlı Muraddan yeni xəbər

"Nobel" mükafatları sahiblərinə verildi - Mərasim

Məşhur tarixçi: Bu hadisə insanlığın düzənini dəyişdi

Heydər Əliyev paylaşdı: Putinlə birgə... - Foto

"Ögey ana" filminə abidə qoyuldu - Video

Nazir Ceyhun Hacıbəylinin varisləri ilə görüşdü - Foto

“Bu şəhərdə”dən sərt cavab: Coşquna nə olub? – Video

Bakıda əlinə qılınc alan ərəblər görün nələr etdi - Video

Anar Nəcəfli müğənnilərin toy qiymətlərindən danışdı - Video

Şvartseneggerdən Trampa sərt sözlər: Dəli prezident

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla