Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Oktyabr 2018


“Tozalan” gəlir – “Mozalan”a rəqib

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsahibimiz "Qaçan Atlar Production"ın təsisçisi, yeni "Tozalan" layihəsinin rəhbəri, rejissor və ssenarist Natiq Axunddur.

Natiq Axundla söhbətimizin əsas səbəbi yeni layihəsidir. Müəllifin bildirdiyinə görə...

Onun bildirdiklərini öz dilindən oxuyaq.

- Çox maraqlı bir layihəyə - "Tozalan"a start vermisiniz... Necə oldu ki, bu fikrə düşdünüz?

- Həmişə, hər yerdə olduğu kimi, bizdə də əyər-əskiklərə rast gəlinib və yenə də gəlinməkdədir. İstər ailə-məişət mövzusu olsun, istərsə də daha qlobal məsələlər… Biz də bu əyər-əskiklərə qarşı mübarizənin yolunu satirada, düşündürücü yumorda görürük. Məncə, ən gözəl üsul da budur: insanların ilk növbədə maddi və mənəvi islahına səbəb ola biləcək bu işdə satira və yumordan gözəl bir vasitə varmı?

- "Tozalan" adı Sovet dönəmində məşhur olan "Mozalan"la müqayisə olunur, həm də ad assosiasiyası var... Bu ad uyğunluğu hansısa narahatlıq yarada bilərmi?

- Biz insanıq, həyatsa mübarizədən ibarətdir: bu mübarizə üslubumuz müəyyən qədər üst-üstə düşə bilər. Açıqlamalarımda da bildirdiyim kimi, adında oxşarlıq olsa da, illərlə içimizdə gəzdirdiyimiz və hər zaman təkmilləşdirmək əzmində olduğumuz bu "Tozalan" layihəsi bir az fərqli, özünəməxsus və zamana uyğun, yeni formatda olan bir layihədir. Bir də ki, istər "Mozalan"ın direktoru İlham Məhərrəmov, istər dostum, keçmiş iş yoldaşım, "Mozalan"ın bədii rəhbəri Orxan Fikrətoğlu olsun - yəni ölkəsini, millətini sevən, onun daim saxtakarlıqdan və xəyanətdən qorunmasının tərəfdarı olan, maddi və mənəvi inkişafını istəyən bütün qeyrətli Azərbaycan övladında inanmıram ki, bu layihə bir qıcıqlanma yarada. Əksinə, inanıram ki, hər bir kəs bizə yardımçı olacaq; "Qaçan Atlar Production" və "ATV"nin birgə layihəsi olan "Tozalan"a bir neçə dövlət qurumunun dəstəyini də nəzərə alın.

- Görünür, problemə satirik yanaşmaq doğrudan da sizin üslubunuzdur. "Qulp" verilişinin satirik mövzulu sujetlərini çəkməyiniz də təsadüfi olmayıb.

- Əlbəttə. Həyatda təsadüfi heç bir şey yoxdur...

- Hazırda cəmiyyətdə narahatlıq doğuran məsələlərdən biri də təhsildir. Təhsil "Tozalan"dan necə görünür?

- Əvvəla, deyim ki, insanın özündən çox şey aslıdır. Müəllimi qınamaq istisna hallarda ola bilər, o da sonda... Əvvəl baxaq görək, tələbə oxumaq istəyirmi? Mənim yaddaşımda müəllim obrazı tamam başqa cürdür. Kurs rəhbərimiz kinorejissor Eldar Quliyev, kinorejissor Cəmil Quliyev... - bu canlı korifeylərin əhatəsində müəllim obrazı yaranıb təsəvvürümüzdə: Rasim İsmayılov, Şərif Şərifov, Kənan Məmmədovun adı ilə bağlıdır Azərbaycanın "Qızıl fond"da qorunan filmləri. Bu müəllimlər tələbələrinə övladı kimi baxırdı. Bu baxımdan mənim təhsilə baxışım bir az fərqlidir və yəqin ki, bu baxış bucağını yeri gələndə izləyə biləcəksiniz.

Tarix
2014.01.01 / 12:28
Müəllif
Samir Aslan
Şərhlər
Загрузка...
Digər xəbərlər

TV-lərə qarşı kampaniya başladı – Ekspertlərin cavabı

Türkü təhqir edən fransız jurnalistə Barış Mançonun cavabı

Bakı "Fantaziya"ya tam hazırdır

Leyla Əliyeva gənclər sərgisində - Fotolar

Bakıda caz festivalı: Azərbaycan musiqi axşamı...

Qəhrəmanlarımızla bağlı "Vikipediya"da məqalələr

“Disney” filmləri uşaqlara ziyan vurur

Multikulturalizmin Azərbaycan modeli: təqdimat - Foto

Melaniyadan "Trampı sevirsiniz?" sualına maraqlı cavab

Gülay Zeynallıya ağır itki üz verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla