Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 May 2017


“Mən olsa-olsa, bir neçə uğurlu şeir yazmışam”

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

80-ci illərdə ədəbiyyata yeni bir dağla gəlməkdə idi. Yeni nəfəs, deyim tərzi ilə seçilənlər "köhnələrin"- altımışıncıların, yetmişincilərin sırasında dura bilməsələr də, görünürdülər. O dövrün ədəbiyyatındakı təngnəfəslik, amiranəlik, ideoloji təbliğat, dərc olunmağın çətinliyi və sairlər bəzilərini ədəbiyyatdan küsdürə bildi. Lakin ədəbi çevrələrdən özünün hücrəsinə çəkilib yazanlar da az olmadı. Onlardan biri ilə - Cəlilabadda yaşayıb-yaradan, AYB üzvü, Prezident təqaüdçüsü Gülbala Teymurla yaşadığı rayonda, "Seyrangah"da üz-üzə oturub çay içdik, söhbət etdik:

- Gülbala müəllim, sizinlə Axar.az-ın "Gerçəkləşməyən arzular" layihəsində görüşürük. Necəsiniz?

- Sağ olun, yaxşıyam. Yada saldığınıza görə təşəkkür edirəm. Saytınızı daim izləyirəm. Layihənin adı nədən "Gerçəkləşməyən arzular"dır, bəlkə gerçəkləşən olsa, daha yerinə düşər?

- Gerçəkləşən arzular gerçəkləşib də unudular. Biz o arzuların qaysağını qoparırıq ki, hələ də insanlarımızın içindədir. Deyin, uzun illər ədəbi camiadasınız, şeir yazırsınız, kitablarınız çıxır, bilmək istərdim, şeirlər əlinizdən tutub bir yerə qədər apara bilibmi?

- Şeirin məni hara aparmasına deyil, mənim onu hara aparmağım barədə düşünmüşəm həmişə. Hələ ki, yol gedirik, Allaha təvəkkül.

Qismət belə imiş

- Gülbala müəllim, kifayət qədər yaşamısınız, Cəlilabad ədəbi mühitinin pionerlərindənsiniz, ilk qələm təcrübələriniz işıq üzü gördüyü anların sevincini sonralar yaşaya bildinizmi?

- Deyim ki, elə indi də yaşayıram. Mən nikbin insanam. Onda da, indi də etdiklərimdən, yazdıqlarımdan gileyli deyiləm. Mənim yeganə səhvim müəllimlərim və tələbə yoldaşlarımın sözünə, istəyinə baxmayıb Yol Tikinti Nazirliyinin aparatına təyinatım verildiyi halda, müştəbehlik edərək, Cəlilabadın ucqar bir kəndinə dönüb, çətinliklərlə qarşılaşmağım və böyük ədəbi mühitdən ayrılmağım oldu. Bu, mənim taleyimdə yaxşı olmayan hadisə idi. Qismət belə imiş.

Boyumdan yuxarıya can atmamışam

- Deyin, gənc şair olarkən nələr keçirdi ürəyinizdən?

- Mənim də arzularım olub və Allaha şükür, çoxuna çatmışam. Bizim nəsil fərqli olub, kitablarla böyümüşük. Uşaq ikən yaşımdan böyük kitabları oxumağı sevərdim. B.Vahabzadənin "Şəbi-hicran", "Etiraf" poemalarını əzbərləmişdim, muğam dəsgahlarını və onların şöbələrini öyrənmişdim. Bu yöndə böyüyür, incəsənətə can atırdım. Şeir qabağa çıxdı.

- Yəni böyük şair olmaq, tanınmaq, barmaqla göstərilmək - belə arzular yaşandımı heç?

- Yox. Boyumdan yuxarıya can atmamışam. Sadəlik və adi insanlardan biri olmaq mənə daha böyük zövq verir. İnsanı böyüdən də kiçildən də Allahdır. Şan-şöhrət də ona məxsusdur.

- Şair olaraq ən böyük arzunuz nə idi və o arzu hələ də arzu olaraq qalmır ki?

- Mənim bir arzum olub və bunu 20 yaşımda yazmışam:

İstəmirəm özü böyük, suyu duzlu dəniz olum,

İstəyirəm kiçik olum, suyu şirin kəhriz olum.

İstəmirəm zirvə olum, əlim çatsın buludlara,

İstəyirəm təpə olum, gərək olum insanlara, insanlara.

Hələ ki, bu arzum yerinə yetmir

- Olub ki, təkcə şair olaraq yox, elə bir insan kimi, dövlət məmuru kimi nələrisə arzulayasan və bu arzular sizi hələ də gözləri yolda qoya?

- Yox. Bəzi istisnaları nəzərə almasaq, ağılla düşünməyin tərəfdarıyam. Tələskənəm və tez də fərqinə varıb yanlışları düzəldə bilirəm. Arzuladıqlarım elə də böyük olmadığına görə onlara çatmaq da çətin olmayıb. Həm şair, həm məmur, həm də insan kimi ən böyük arzum xalqımızın başına açılan bu Qarabağ oyununa son qoyulmasıdır, Azərbaycanın bütövlüyüdür. Hələ ki, bu arzum yerinə yetmir və çox narahatam.

- Yaradıcılığınızdan bəhs edək, nə yazırsınız?

- Ara-sıra şeirlər. Mən ancaq şeir yazdım, nəsrdən çəkinirəm.

- Cəlilabadda yazarlar bir də görürsən bir-birindən incik düşdü. Heç incik olduğunuz qələm dostunuz olubmu?

- İstər Cəlilabad, istərsə Şəki, Bakı - hər yerdə inciklik də, dostluq da var. Bu, əvvəldən və hər yerdə belədir. Söz olan yerdə hər şey var. Ancaq mənim konkret incitdiyim və ya incidiyim nəinki şair, heç iş yoldaşım da, qonşum da yoxdur desəm, səmimi qəbul edin. Həmişə qohumun, yoldaşın, qonşunun, ailənin yolunu gətirməyə çalışmışam. Bu da dəyərli insanlarla birlikdə işləməyimin, dostluğumun, ailə görüşlərimin nəticəsidir yəqin.

Onların yanında heç görünmürəm də

- Gülbala müəllim, soruşmaq istəyirəm, şair olaraq özünüzü ədəbi mühitdə harada görürsünüz?

- Qeyd etdiyim kimi, harada olduğunu insan özü yox, başqaları daha yaxşı görür. Mən olsa-olsa bir neçə uğurlu şeir yazmışam. Bizdən əvvəlki və çağdaş ədəbiyyatın nəhəngləri var. Mən onların yanında heç görünmürəm də. Nə şedevrlər yaratmışam ki, bir iddialı da olam?

- Kimi oxuyursunuz? Oxumaq istəmədiyiniz, amma nəyinsə xətrinə oxuduqlarınız çoxdurmu?

- Bu an Məhəmməd Füzulinin qəzəllər kitabını vərəqləyirəm və o kişini tanımağa çalışıram. Oxumaq istəmədiklərim çoxdur. Bu da təbiidir, seçim var.

Tarix
2016.07.24 / 10:29
Müəllif
Faiq Balabəyli
Şərhlər
Загрузка...
Digər xəbərlər

Alimlə oxuyan, Nurəddinlə çəkilən xanım - Video

Bir Ceyhun vardı... – Xanımı danışır

Gecələr yuxularıma girirlər... - Aygün

12-ci imamı “görən” lider hazırlığa başladı

İlk postmodern romanımız hansıdır?

Dodaq bir gün toxunur bütün ayrılıqlara - Video

Xoşbəxtlik nədir: Uğura necə nail olmalı? – Şonun çıxışı

Bədənimə 30 minə yaxın iynə vurulub - Zöhrab Əmirxanlı

Yazarlarımız bu əsərləri məcbur oxuyublar

Sevdiyim oğlanı rəfiqəmlə görüşdürdüm, sonra...

KULT
<>
Xəbər xətti
 
SORĞU
Dağlıq Qarabağ probleminin həlli yolunu necə görürsünüz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla