Yuxarı

Sezen Aksu Seda Sayanla toqquşdu – Restoran işi

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun müddətdir ekranlarda görünməyən Sezen Aksu Seda Sayan üzündən xəstəxanada müalicə alan dostunu ziyarət edib.

Axar.az xəbər verir ki, müğənni dostu Məhməd Tunanı ziyarət edərək ona dəstəyini nümayiş etdirib. Bu ziyarət zamanı jurnalistlərlə üz-üzə gələn Sezen Aksu dostunu xəstəxanalıq edən, eləcə də ona qarşı səsləndirdiyi sərt fikirlərindən dolayı Seda Sayandan küsmədiyini bildirib:

“Səda ilə aramda heç bir problem yoxdur. O, vicdanlı qadındır. İnanıram ki, nə etdiyini gec-tez başa düşəcək”.

Xatırladaq ki, müğənnilər bir neçə gün əvvəl restoran sahibinə görə üz-üzə gəliblər. Məhməd Tuna Səda Sayana məxsus olan “Etilər Şamdan” restoranının aylıq kirayəsini 6 aydır ödəmədiyi üçün məşhur müğənni restoranı onun əlindən alıb. Səda Sayanın bu qərarı verməsi Məhməd Tunanın infakt keçirməsi ilə nəticələnib. Bundan sonra Səzen Aksu araya girərək restoranı yenidən açmaq üçün öz mülkünü təklif edib:

“Ona məkan yoxdur? Gəlsin, dənizkənarı villamı “Şamdan” eləsin. Əsas odur ki, yaxşı olsun. Qarşılığında pul istəmirəm”, - deyərək, biznesmen dostuna dəstək olub. Sezenin bu addımından sonra Səda Sayan hiddətlənib:

“Sezen oğlundan başqa kimə baxır? Mən isə böyük bir nəslə baxıram. 13 yaşımdan bəri işləyirəm. Mən bu investisiyaları bütün ailəmin məsuliyyəti üstümdə olduğu üçün yatırmışam. Kimin kimə jest etdiyi vecimə deyil. Mən bu paranı bütün ailəmi dolandıra bilmək üçün dırnaqlarımla qazıya-qazıya qazanmışam. Sezen xanımın elədiyi jest çox danışılır. Hər halda edəcək, halal olsun. Məndən bu qədər şikayət etmək yerinə adamın restoranına getsəydiniz, aylıq kirayəsini ödəyərdi! Tanınmış ailələr sosial mediadan yazmağa utanmırlar? Onun 8 aylıq borcu həmin ailələrin çərəz puludur. Hamı kirayə pulunu ödəyib, o, ödəyə bilməyibsə, deməli, yanlış dostlar seçib”.

Tarix
2017.02.10 / 15:27
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla