Yuxarı

Bakıda mason məbədi? - Video

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Quql məp"də axtarış zamanı Bakıda müəmmalı məkan aşkar edilib. "Mason məbədi" adlı ekranda görünən bu yer insanları təşvişə salıb. İnternetdə "mason məbədi" axtarışa verildikdə, "Sədərək" ticarət mərkəzinin piramida formalı bir hissəsi ortaya çıxır.

Ərazidə ticarətlə məşğul olanlar bunun kim tərəfindənsə qəsdən edildiyini deyirlər. Ticarət mərkəzinin sözçüsü məsələdən xəbərdar olduqlarını, amma o adın necə ora düşdüyündən xəbərsiz olduqlarını bildirir.

Satıcılar da burda belə bir məbəd haqqında heç bir məlumatları olmadıqlarını deyirlər.

Quqlın xəritə funksiyasına məkan əlavə etmək həftələrlə vaxt aparan məsələdir. Görünən odur ki, ticarət obyektini mason məbədi kimi qeydiyyatdan keçirmək kimlərinsə marağında olub.

İnternet üzrə ekspert Elçin Məmmədov təkzib edildiyi halda həmin yer adını silməyin mümkün olduğunu bildirir.

Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi açıqlama verib. Mətbuat xidmətindən verilən məlumata görə, bu adda məbəd dövlət qeydiyyatından keçməyib. Ümumiyyətlə, Dövlət Komitəsinə bu adla qeydiyyat üçün hansısa qurumdan müraciət daxil olmayıb.

Axar.az Xəzər Xəbər-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edir:

Tarix
2016.11.15 / 23:15
Müəllif
Axar.Az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla