Yuxarı

Onlarla ancaq döyüşmüşəm... - Şakir Rəhman

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şakir Rəhman ölkədə tanınan, sayılıb-seçilən fotoqraflardandır. Fotoları dəfələrlə mötəbər müsabiqələrə yol tapıb. Fotoaparatının qarşısından kimlər keçməyib ki?

Onunla tez-tez görüşürük. Elə bir ədəbi tədbir olmaz ki, ona orada təsadüf etməyək, ünsiyyətcil olması ilə hər kəsin diqqətində ola bilir. Güclü yumor hissi var, müasir Azərbaycan ədəbiyyatı ilə tanışlığı və yaxınlığı isə öz yerində. Bu yaxınlarda təsadüfi bir görüş onunla Kult.az üçün həmsöhbət olmağıma şərait yaratdı:

- Şakir bəy, hara gedirsənsə, fotoaparat çiynində olur, aparatın da içi dolu, çiyninə bu qədər ağır yük niyə götürmüsən?

- Bu dünyada yüksüz insan yoxdur, mənim də yüküm fotoaparatdır. Mənim üçün bu, elə də ağır bir yük deyil. Çünki obyektivimə tuş gələnlər ürəyimcə olan insanlardır, onları da nəinki çiyində, lap ürəkdə də daşımaq mümkündür. Təki gərəksiz yüklərdən azad olaq. Gərəkli yüklərdən zərər yoxdur.

- Qubadlıdansan, necə deyərlər, düşmənlə qonşuluqda yaşamısan, heç ermənilərlə dostluq etmisən?

- Nə dostluq? Onlarla ancaq döyüşmüşəm. Qubadlıda...

- Aparatı adama elə tuşlayırsan, elə bil, silahdır, şaqqıltısına da maşallah, göz qırpınır. Bezməmisənmi bu səsdən?

- Aparatın səsi sizə elə gələ bilər, amma mən o səsdən ləzzət duyuram. Siz şairlər qələmlə kağızın öpüş səsindən xoşlandığınız kimi, mən də aparatın düyməsi ilə barmaqlarımın təmasından həzz alıram, istilik, sevgi, xoş təmas duyuram.

- Bu çaqqa-çukun çax-çuxu olurmu, dolanışıq cəhətdən deyirəm, yoxsa bu hobbidir?

- Əvvəla, bu, mənim sənətimdir, foto mənim üçün hobbi ola bilməz. İkincisi də, azdan-çoxdan peşəkar sənət adamlarının işinə qiymət verənlər də tapılır.

- Şakir, maraqlı həyat yolun var, firavan bir şəhərdə yaşamısan, sonralar doğma torpaqda düşmənlə üz-üzə gəlmisən, ağır döyüş yolu keçmisən. Arzularından yaralananları olubmu? Sən nə arzulayırdın, nəyə çatdın?

- Arzularıma çatacağım günlər qarşıdadır hələ. Hər kəs kimi mən də övladlarımın xoşbəxt gələcəyi üçün yaşayıram.

- Yəni yarımçıq qalan arzuların heç olmayıbmı bu günə qədər?

- Gənclik çağlarında hamı kimi mən də özüm üçün xəyallar qurar, bunları gerçək eləməyə çalışardım. Əlbəttə ki, bunların hamısına nail olmaq olmaz. Yarımçıq qalan arzular da oldu...

- Məsələn, nə arzu edirdin... və olmadı?

- Mən də bir çoxları kimi doğma elimdə, obamda gözəl günlər görmək istəyirdim... Hələ ki, olmur.

- Həyatın çox acılarını görmüsən, danış yavaş-yavaş...

- Acılar deyəndə ki... Ağır avtomobil qəzasına düşüb uzun müddət yataqda qaldığım günlər oldu, sağalmaq üçün evim də əldən getdi, indiyə kimi də evsizəm... Müharibənin acılarını daddıq. Qubadlıda könüllü döyüşlərdə oldum, amma indiyəcən heç bir imtiyazım olmayıb. Mən döyüşə torpaq davasına getdim, imtiyaz ardınca düşmədim heç.

- Darıxırsan?

- Çooox...

- Darıxmağın şəkli necə olur, nə cür çəkərdin o fotonu?

- Onu çəkə bilsəydim, heç darıxmazdım ki...

- Daim şairlərin arasındasan, axı deyirlər, onlar etibarsız olurlar. Sən onlar haqda daha nə deyə bilərsən?

- Dostlarımdan biri sizsiniz, siz mənim üçün etibarsız ola bilərsinizmi?

Tarix
2017.02.01 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla