Yuxarı

"Kinoya çəkilmək istərdim"

Ana səhifə Kult Müsahibə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərənin bir rolu olur bu həyatda. Hərə öz rolunu oynamağa çalışır. Bəziləri isə həyatdan əlavə səhnədə də oynayır. Teatr səhnəsində tanınanlar, kino aləmində məşhurlaşanlar var sənət aləmində. İstənilən halda aktyorlar müxtəlif xarakterik rolları ilə yadda qalırlar.

Xalq artisti Hacı İsmayılov istər teatr səhnəsində, istərsə də kinoda yaddaqalan obrazları ilə seçilə bilib.

Axar.az Şərq.az-ın Hacı İsmayılovla olan müsahibəsini təqdim edir:

- İstər teatr, istərsə də kino aktyoru kimi kifayət qədər məşhur olsanız da, son dönəmlər çəkilən ekran əsərlərində görünmürsüz. Dəvət gəlmir, ya özünüz son zamanlar çəkilən filmlərdə özünüzü görmürsüz?

- Açığını deyim ki, nəsə dəvət etmirlər. Amma kinoya çəkilmək istərdim. Düzü, seriallara da dəvət almıram. Əslində seriala çəkilməyə o qədər də meyilli deyiləm. Amma maraqlı seriala dəvət gəlsə çəkilərdim. Mənə elə gəlir, kinoda öhdəsindən gələ bilməyəcəyim iş yoxdur. Amma hələlik təklif yoxdur, mən də ümidimi üzmürəm. Bekarçılıq səhnədə olan insanı yorur. Bəzən yaşlandıqca sənə elə gəlir ki, artıq maraqsız olmusan, ya da gərəksiz olduğunu düşünürsən. Amma mənim hələ səhnədə oynamaq istədiyim obrazlar var.

- Yaradıcı insanların ruhu həssas olur. Sənətinizdən küsdüyünüz vaxtlar necə, olub?

- Hə, bəlkə də sənət adamlarını digərlərindən fərqləndirən bir cəhət də ruhumuzun həssas olmasıdı. Qaldı səhnədən küskünlüyümə, küsdüyüm yox, həvəsdən düşdüyüm vaxtlar olub. Keçid dövründə çətinlik idi, amma heç vaxt ağlıma gətirməmişəm ki, teatrdan gedim. Bəzən sənət dostlarım arasında inciklik, anlaşılmazlıq olub. Ancaq bunlar heç vaxt mən tərəfdən olmayıb. Sadəcə, onların mənə münasibətində qeyri-müəyyənlik görmüşəm və fikirləşmişəm ki, bu adam mənə düzgün qiymət vermir. Son vaxtlar bəzi adamların münasibətini görəndə adam pis olur. Bir də xoşlamıram ki, kimsə məndən sui-istifadə etsin.

- Paxıllığınızı çəkənlər olub?

- Bilirsiz, səhnədə olan insanların həyatında paxıllıq edənlərin olması da normaldı. Yəqin ki, olub. Bəziləri az-çox hiss etdirib, bəziləri üzümə gülərək paxıl olublar. Mən isə heç zaman münasibətimi dəyişmirəm. Bəzilərinə isə zaman tanımışam ki, bəlkə bu hisslərdən azad ola bilər.

- Sizdən sui-istifadə edənlər olur?

- Hərdən olur. Bəzən qohum-əqrəba istifadə edir. Mən imkan qədər çalışmışam ki, gücüm çatdığı qədər dəstək olum yaxınlarıma. Hərdən isə başa düşürəm ki, məndən istifadə olunur.

- Bəzən aktyorlar arzuladıqları obrazların həsrətində qalırlar. Həsrətində qaldığınız rollar olubmu?

- Aktyorun ən yaralı yerinə toxunmuş olursuz. O qədər belə rollar olub ki... Arzu eləmişəm o rolu mən oynayım, amma rejissor başqa aktyora verib. Əslində, bundan inciməmişəm də. Çünki belə hesab eləmişəm ki, əsas olan rejissorun seçimidir, o, kimə məsləhət bilibsə, həmin rolu ona da verib. Amma bəxtimə o qədər gözəl rollar düşüb ki, buna görə özümü xoşbəxt aktyor saya bilərəm. Elə təkcə Mustafa rolu kifayətdir.

Tarix
2017.08.08 / 00:47
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla