Yuxarı

Sami Yusif: "Mən Ermənistanı dəstəkləməmişəm, yalandır" - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni Sami Yusif Heydər Əliyev Sarayında keçirəcəyi konsertlə bağlı bu gün mətbuat konfransı keçirib.

Musavat.com-un məlumatına görə, müğənni konfrans zamanı sonuncu "Avroviziya" səs yarışmasında Ermənistan təmsilçisini dəstəkləməyi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

S.Yusif bildirib ki, bu xəbər yalandır, sözləri təhrif edilib: "İstanbulda olarkən "Yeni Şəfəq" qəzetinin müxbiri məndən müsahibə almaq istədi və mən də razılıq verdim. 1 saatlıq müsahibədə ilk sualı saqqalımla bağlı oldu. Mən mədəni davranıb, müsahibəyə davam etdim. Müsahibə bitdi. Bundan sonra söhbət əsnasında məndən "Avroviziya"dakı Azərbaycan təmsilcisi ilə bağlı sual verdi. Mən də dedim ki, yaxşı mahnıdır. Amma təəssüf ki, Azərbaycanı təmsil edən mahnıda milli arqamentlər yoxdur. Milli musiqi alətləri olsa, yaxşı olardı. Sonra isə Ermənistan təmsilcisi ilə bağlı sual verdi. Ona da belə cavab verdim: "Təəssüf ki, onlar buna əməl ediblər. Öz mahnılarında erməni mədəniyyəti hiss olunurdu". Bu söhbətdən sonra verdiyim müsahibə kənarda qaldı, müsahibədən kənar danışdığım təhrif edilərək dərc edildi".

Tarix
2017.03.21 / 16:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla