Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Aprel 2018


Vəsiyyəti xəstəxana divarında qalan dahi - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün görkəmli bəstəkar Asəf Zeynallının doğum günüdür.

Kult.az xəbər verir ki, 23 illik qısa həyatında milli musiqi sənətimizdə əvəzsiz xidmətləri olmuş A.Zeynallı 1909-cu il aprelin 5-də Dərbənddə anadan olub. O, 1926-cı ildə Bakı Musiqi Texnikumunu, 1931-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində Üzeyir Hacıbəyovun sinfini bitirib.

Tofiq Quliyev, Qara Qarayev və Cövdət Hacıyev kimi sənətkarların ustadı olmuş A.Zeynallı milli romans, piano və simfonik musiqinin banisidir. Onun “Ölkəm”, “Sərhədçi”, “Çadra”, “Sual”, “Seyran” romansları milli vokal musiqimizin inciləri hesab olunur.

Bəstəkar həmçinin türk (Azərbaycan) fəhlə teatrında oynanılan Cəfər Cabbarlının "Sevil", "Qayıdış", X. Nəzirli və S. Rüstəmin "Alov", A. Həmidin "Hind qızı", V. Kirşonun "Küləklər şəhəri" əsərlərinə musiqi bəstələyib.

A.Zeynallının dostu olan məşhur xanəndə Bülbül 1932-ci ilin yayında “Asəf, gedək Qarabağa, oradakı el mahnılarını toplayıb gətirək, nota alaq” təklifini edir. Sənətkar Qarabağa səfəri ərəfəsində Şuşada Xan Şuşinski ilə görüşür, onun məşhur “Alma almaya bənzər” mahnısını nota alır. Hər şeyin uğurla getdiyi bir anda gənc bəstəkar qarın yatalağı xəstəliyinə tutulur və müalicə almaq üçün Bakıya qayıdır.

Xəstəxanada ikən ölümün yaxınlaşdığını hiss edən Zeynallı qardaşına deyir:

“Bu mənim simfoniyamdır. Öləcəyimi bilirəm. O əsəri divardan kağıza köçürün, qoymayın divarda qalsın”.

Asəf Zeynallı 1932-ci il oktyabrın 27-də gözlərini əbədi yumur. Lakin onun bu vəsiyyəti çox təəssüf ki, yerinə yetirilmir. Səbəbi isə bu günə kimi müəmma olaraq qalır. Bəzi mənbələrdə bu əsərin “Bakı” simfoniyası olduğu bildirilir.

Bu gün A.Zeynalının adını əbədiləşdirmək üçün Bakı Musiqi Kollecinə və paytaxt küçələrindən birinə onun adı verilib.

Tarix
2018.04.05 / 18:16
Müəllif
Elşad Yaqublu
Şərhlər
Загрузка...
Digər xəbərlər

Nazir müavini, professor xanımın heyrətamiz ifası - Video

Hollandiya mediası Əlizadəni görün kimlə müqayisə etdi

20 il keçsə də, Heydər Əliyev bunu unutmamışdı - Axar TV

Bu klip Yutubda ilkə imza atdı: 5 milyard baxış - Video

Tağıyevin həyatını dəyişdirən sirli öngörü – Axar TV

Professor niyə anonim imza ilə şeir yazır? - Açıqlama

Zeynəb Xanlarova: Elçibəy görüşdən əvvəl mənə... - Axar TV

Ermənilər Nadiri öldürməklə hədələdi – Video

Anam konsertimə gəlmədi – Əməkdar artist

Rəqqasə Fatimə dövlət işinə düzəldi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla