Yuxarı

Trampla Putinin gizli Yalta görüşü - Dialoq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Trampla Putinin gizli Yalta görüşü - Dialoq

Almaniyanın "Tagestsaytunq" qəzeti Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ABŞ-ın yeni prezidenti Donald Trampın uydurma dialoqunu nəşr edib.

Axar.az xəbər verir ki, uydurma ssenariyə görə, ABŞ-ın hazırki Prezidenti Barak Obama Almaniyada Angela Merkelin yanında olarkən Trampla Putin gizlicə Yaltada görüşür. Sözügedən yerdə İkinci Dünya müharibəsi zamanı Çörçill, Stalin, Ruzvelt konfrans keçirmişdi.

Dialoqun maraqlı hissələrini təqdim edirik:

Tramp: - Mən, əlbəttə ki, sənə nüvə kodlarımızı gətirmişəm, şulerin şərəf məsələsi...

Putin: - Minnətdaram, amma onlar məndə çoxdan var. Mən də sənə Snoudeni gətirmək istəyirdim, amma yolda təyyarədən düşdü. Yeri gəlmişkən, dünya xəritəsini gətirmişəm, gəl özümüzə ərazilər seçək.

Tramp: - Sən başla!

Putin: - Mən Çini götürürəm.

Tramp: - Okey, onda mən ən böyüyünü götürürəm. Baaax, bunu!

Putin: - Eey, bu Rusiyadır.

Tramp: - Yaxşı, qoy adı olsun Rusiya.

Putin: - Bu, axı mənimdir!

Tramp: - Necə yəni? Sən axı Çini seçdin!

Putin: - Rusiya hələ bu vaxta qədər də mənim idi! Mən – Rusiyayam. Bu, mənim həyat məkanımdır.

Tramp: - Hə... Daha öncə bu haqda düşünməli idin.

Putin: - Bəs mən indi ABŞ-ı götürsəm, nə edəcəksən?

Tramp: - Mənim vecimə də deyil, sən ABŞ-a sahib olmaq istəmədikcə...

Putin: - Yenidən başlamalıyıq.

Tramp: - Sən yenidən Baltikyanı ölkələrə sahiblənə bilməzsən? Mənim köməkçilərim son həftələrdə Estoniya ilə Litva arasındakı fərqlər haqda danışmaqla məni bezdirib. Mənim üçün bu, istənilən halda qırmızı sousdur.

Putin: - Yaxşı, mən onları götürərəm. Qalan Avropanı nə edəcəyik?

Tramp: - Nəyi?

Putin: - Av-ro-pa. Almaniya, Fransa, İtaliya, İspaniya.

Tramp: - Bütün bunlar Avropadadır? Dəlixanadır. Hamısını götürə bilərsən. O zəiflərlə məzələn! Amma söz ver ki, bütün köhnə sarayları söküb yeni tikililər üçün mənə sifarişlər verəcəksən.

Putin: - Mən bütün dünyanın qayğısına qala bilmərəm axı. Sən məndən yenə nəsə götürməlisən. Yoxsa onlar yenə öz müqəddəratlarını təyin etməklə bağlı məni bezdirəcək.

Tramp: - Okey, Onda qalanlarla kastinq-şou edək. Studiyada iyirmi ən pis diktatoru görmək istəyirəm. Sonra bölərik. Şounun adını qoyaq "Tramputindən kim birinci aşacaq?"

Putin: - Siz amerikalıların bu ideyaları həmişə xoşuma gəlib, amma mənim ağlıma ancaq MG və MİG gəlir.

Tramp: - Mən 20 yanvarın başlığını çox bəyəndim: "Tramp qaradərili ailəni Ağ Evdən qovur". Əgər bu, "Nyu York Tayms"da olsa, kommunist bir vərəqdə, onda mən bunu qadağan edə bilərəm.

Putin: - Yaxşı, artıq qeyd etdim.

Tramp: - Hələblə nə edəcəyik? Adı nə idi?

Putin: - Əsədi deyirsən?

Tramp: - Yox, sənin bütün günü bombaladığın Hələbi deyirəm.

Putin: - Hə, şəhəri deyirsən?

Tramp: - O nədir? Şəhərdir? Bəs o, niyə hələ də mövcuddur?

Putin: - Çünki sizin zənci prezidentiniz hələ də vətəndaş cəmiyyəti haqda düşünür. Şəhəri xəritədən silsək, sənə sərf edər? Onda ordakı terrorçuları məhv edək.

Tramp: - Hələ soruşursan da? 2003-cü ilin 14 sentyabrında çinlilər mənim göydələnimi məhv etdi. Yığışdır onları!

Putin: - Hələb Suriyadadır...

Tramp: - Fərqi nədir? Afrika elə Afrikadır. Amma məsləhətçilərim deyir ki, İsrailin qeydinə qalmalıyıq. Onların məscidlərinə görə narahatam. Hitlerin qızı Merkel onları müdafiə edə bilməzdi? Bizim neftimiz də ordandır, yoxsa necə?

Putin: - Bəlkə sən yaxşısı elə neftin yerinə qaz alasan?

Tramp: - Melanidən soruş, mətbəx işlərinə o baxır. Yeri gəlmişkən, hanı o pinti?

Putin: - Narahat olma, mənim adamlarım ona nəzarət edir. Ruslar demişkən, by the pussy.

Tramp: - Hə, yeri gəlmişkən, bilirsən "Nyu York Tayms" məni narsist adlandırıb? Heç bilmirəm bu nədir, amma çalışın onlar məni bütün tarixin ən böyük narsisti adlandırsın.

Putin: - Yaxşı, sabah ova gedək?

Tramp: - Böyük məmnuniyyətlə. Burda meksikalılar var?

Putin: - Yox, amma çeçen və tatarlar var. Onlar ən azından müqavimət göstərir.

Tramp: - Biz dərhal mübadilə proqramı reallaşdırmalıyıq. Bu müflis olan fermerlər öz xoşları ilə pul ödəmir.

Putin: - Əla ideyadır! Bu vasitə ilə biz Sibirə qeyri-leqal meksikalılar qazandıra bilərik! Kimsə axı qurğuşun hasil etməlidir.

Tramp: - Bizə qurğuşun lazım deyil. Bu, yeganə şeydir ki, onu Supermən görə bilmir. Hər bir meksikalı üçün isə bizə rus qızı lazımdır.

Putin: - Bizim slavyan Melanimiz sənin zövqüncədir, elə deyil?

Tramp: - Yeri gəlmişkən, siz homoseksuallarla ciddi mübarizə aparmalısınız.

Putin: - Ehtiyatlı ol! Bizdə sənin o şəkillərin var...

Tramp: - Okey, okey. Səndə Krım şampanından qalıb?..

Tarix
2016.11.18 / 12:11
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla