Yuxarı

Türkiyə: “Yaxın Şərq II xain Sayks-Pikota hazırlaşır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın Şərqdə yeni Sayks-Pikot razılaşmasına qarşı birgə dayanmalıyıq.

Axar.az xəbər verir ki, bunu “Şarkul Evsat” qəzetinə müsahibəsində Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş söyləyib. Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət üçün islam dünyası dəqiq anlayış formalaşdırmalıdır:

“İmperialist güclər 100 il öncə bölgənin sərhədlərini müəyyən edən Sayks-Pikot müqaviləsini imzaladılar. İndi ikinci Sayks-Pikotla üz-üzəyik. İslam ölkələri məzhəb baxımından parçalanmaları yox etməlidirlər. Bunu yox etməsək, imperialistlərə təslim olacağıq”.

Qeyd edək ki, Sayks-Pikot anlaşması 1916-cı ildə gizli şəkildə Fransa və Böyük Britaniya arasında imzalanıb. Sonradan müqaviləyə Rusiya da daxil olub. Razılaşmaya əsasən, Osmanlı İmperatorluğu parçalanmalı idi. Bu parçalanmadan sonra Rusiya Trabzon, Ərzurum, Van, Bitlis bölgələri, Anadolunun cənub-şərqini, Fransa Şərqi Aralıq dənizi bölgəsi, Adana, Antep, Urfa, Mardin, Diyarbəkir, Mosul və Suriyanı, Britaniya isə Hayfa və Akka limanları, Bağdad, Bəsrə şəhərləri və Cənubi Mesopotamiyanı nəzarətdə saxlamalı idi. Üstəlik, Fransa ilə Britaniya burada tək ərəb dövləti qurmalı, Fələstin beynəlxalq nəzarətə verilməli idi. Rusiya müqavilədən 1917-ci ildə imtina edib. İlk dəfə bu müqavilə haqqında ictimaiyyətə 1917-ci ildə Lev Trotski məlumat verib.

Tarix
2016.11.30 / 08:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla