Yuxarı

Putin xarici siyasət konsepsiyasını təsdiqlədi: Nələr var?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ABŞ, NATO və Suriya siyasəti ilə bağlı yeni xarici siyasət konsepsiyasını təsdiq edib.

Axar.az xəbər verir ki, Rusiya prezidentinin rəsmi saytında yayımlanan konsepsiyada Rusiyanın silah nəzarəti ilə bağlı beynəlxalq öhdəlikləri yerinə yetirdiyi və nüvə silahının mərhələli şəkildə azaldılması məsələsində danışıqlara hazır olduğu bildirilib.

Sənəddə Rusiyanın xüsusilə Yaxın Şərqdə nüvə və kütləvi qırğın silahlarından təmizlənmiş bölgə yaradılmasını dəstəklədiyi və ABŞ ilə imzalanan strateji silahların azaldılmasına yönəlik müqavilənin həyata keçirilməsinin vacibliyi qeyd edilib.

ABŞ və NATO ilə münasibətlərə geniş yer verilən xarici siyasət konsepsiyasında Moskvanın NATO-nun Rusiya sərhədlərinə yaxınlaşması və hərbi mövcudluğunu artırmasından narahatlıq duyduğu vurğulanıb.

Sənəddə ABŞ-ın qlobal havadan müdafiə sisteminin Rusiyanın milli təhlükəsizliyinə təhdid yaratdığı, Moskvanın qarşılıq vermə hüququnu özündə saxladığı bildirilib.

Sənəddə Rusiyanın ABŞ ilə əlaqələrini iki ölkənin də xeyrinə olacaq bir şəkildə inkişaf etdirməyə hazır olduğu, Vaşinqtonun beynəlxalq arenada qlobal hüquq normalarına riayət edilməsinə ümid edildiyi qeyd edilir.

Avropa Birliyinin (AB) Rusiyanın mühüm ticarət tərəfdaşlarından biri olduğu vurğulanan sənəddə Moskvanın Avropa ilə proqnozlaşdırmaq və sabit iş birliyindən yana olduğuna və buna nail olmaq üçün əngəllərin qaldırılmasının lazım olduğuna diqqət yetirilib.

Yeni xarici siyasət konsepsiyasında hüquqa uyğunluq prinsipi Rusiya xarici siyasətinin prioritetlərindən biri kimi göstərilib.

Rusiyanın Suriya böhranının həll edilməsindən yana olduğu və terrorla mübarizədə ortaq təmas qurulmasını təklif etdiyi qeyd edilməklə yanaşı, Suriyanın birlik, müstəqillik və ərazi bütövlüyünü dəstəklədiyi sənəddə öz əksini tapıb.

Növbəti mərhələdə qlobal güc hakimiyyətinin qurulması səylərinin tendensiya halına çevrildiyi, bunun BMT ilə beynəlxalq əlaqələr baxımından alternativsiz bir quruluş halına gəldiyi göstərilib.

Digər tərəfdən, konsepsiyada Rusiyanın hər hansı bir ölkə rəhbərliyinin hüquqa zidd şəkildə dəyişdirilməsi məqsədilə daxili işlərinə yönəlik xarici müdaxilə cəhdlərinə qarşı çıxacağı qeyd edilib.

Tarix
2016.12.01 / 23:18
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla