Yuxarı

“Ginnes”ə düşən ən inanılmaz işlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ginnesin rekordlar kitabı" qeydi-adi hərəkətləri özündə cəmləşdirən məcmuədir. İlk dəfə 1955-ci ildə İrlandiyanın "Ginness" pivə zavodunun sifarişi ilə nəşr olunub. "Ginnesin rekordlar kitabı" dünyanın 100-dən çox ölkəsində, 24 dildə çap olunur.

2003-cü ildə 100 milyon tirajla satılıb. Kitab sahibləri iddia edirlər ki, o ən çox satılan kitabdır.

"Ginnesin rekordlar kitabına" daxil olan ən inanılmaz nailiyyətlərindən bəzi nümunələri təqdim edirik.

1. Ən uzun toxunulmuş şərf. Bu şərfin 4,565,46 metr uzunluğu var. Norveçli Xelq Yoxanson bu şərfin toxunmasına ömrünün 30 ilini sərf edib.

2. Avstraliyalı Çayn Xultraqen su altında ən çox qılınc udmaqla bu kitaba adını yazdırıb. Bildirək ki, o, 3 qılınc udub.

3. Almaniyadan olan Goui Aleksander hamıdan yaxşı butulka üzərində yeriməyi bacarır. Goui 60 butulka üzərində yeriyərək rekorda imza atıb.

4. Böyük Britaniyanın 325 sakini eyni məkanda pinqvin paltarı geyinərək rekord vurub. Tədbirin təşkilatçısı isə Riçard Xaus olub.

5. Ən çox pizza qutusu kolleksiyasını ABŞ-dan olan Skott Viner toplayıb. 595 müxtəlif pizza qutusu ilə Ginnesin kitabına öz adını yazdırıb.

Bəs Azərbaycandan bu kitaba düşən hadisə və insanlar varmı?

1. 28 oktyabr 1995-ci ildə "Ulduz" və "Nərimanov" stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 nəfər həlak olub, 400 nəfər isə xəsarət alıb. Bu qəza "Ginnesin rekordlar kitabı"na ən dəhşətli metro qəzası kimi düşüb.

2. Cəbrayıl rayonunda anadan olmuş, hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə adı "Ginnesin Rekordlar Kitabı"na düşmüş ilk azərbaycanlıdır. O, 5 dəqiqəyə 20 nəfərin siluetini çəkməklə bu şərəfə nail olub.

3. Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini 7 yaşlı Ələsgər Həsənzadə "Ginnesin Rekordlar Kitabı"na düşən ən azyaşlı şəxsdir. O, 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə jim edib.

Tarix
2013.11.16 / 20:49
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla