Yuxarı

Bir milyon seçici növbədə yatdı, səs verə bilmədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Daxili İşlər naziri Əbdülrza Rəhmani Fəzli ölkədə keçirilən son prezident və Şəhər Şurası seçkilərində 1 milyon seçicinin iştirak edə bilmədiyini açıqlayıb.

Axar.az xəbər verir ki, nazir seçki günündə səsvermə müddəti bir neçə dəfə uzadılsa da, öz səsini sandıqlara salmaq üçün saatlarla növbədə duran xeyli insanın səsvermədə iştirak edə bilmədiyini deyib.

“Ötən cümə günü səsvermə məntəqələri saat 00:00-a qədər fəaliyyət göstərdi. Bu isə səsvermənin son qanuni vaxtı kimi nəzərdə tutulmuşdu. Lakin buna baxmayaraq, səs vermək üçün saatlarla növbədə duran təxminən 1 milyon nəfər qanuni vaxt başa çatdığına görə səsverməyə qatıla və öz səsini sandığa sala bilməyib. Yayılan bəzi məlumatlarda isə belə bir iddia irəli sürülür ki, səsverməyə qatıla bilməyən vətəndaşların sayı guya 3-4 milyon nəfərdir. Lakin bizim təxminimizə görə, bu rəqəm 1 milyon nəfərdir və hesab edirik ki, bu rəqəm daha real görünür”.

Xatırladaq ki, mayın 19-da İranda 12-ci prezident seçkisi keçirilib. Seçkilərdə dörd namizəd - Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba rəqabət aparıb. Həsən Ruhani səslərin 57 faizini qazanaraq, ikinci dəfə prezident seçilib.

Tarix
2017.05.25 / 08:30
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla