Yuxarı

Bu kənddə hamı bir gecədə dəli oldu - Fotolar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Pont-St.Esprit kəndində hamı bir-birini tanıyır və xoşbəxt şəkildə yaşayırdılar. Ancaq 16 avqust 1951-ci il tarixində kənddə gözlənilməz hadisələr baş verməyə başlayır. Bu balaca kəndin sakinləri səhər yuxudan ağlını itirmiş vəziyyətdə oyanırlar. Eyni zamanda insanlarda mədə narahatlığı və fiziki ağrılar da müşahidə edilir. Kənd əhalisinin demək olar ki, hamısı qarabasmaların təsiri altına düşür.

Hadisə şahidlərinin bildirdiklərinə görə, 11 yaşında olan bir uşaq nənəsini boğmağa çalışırmış, bəziləri isə özlərini ölü və ya əjdaha hesab edirmiş. Sadəcə hesab etməklə kifayətlənməyib, bir də xəyali əjdahalarla döyüşürmüşlər.

Həkimlər bu hadisəni eşidər-eşitməz 250 nəfəri müayinə altına alırlarvə 50 nəfərdə ağır dəlilik xəstəliyinin başlandığı müşahidə olunur. Həmin 50 nəfər dəlixanaya yatırılır. 8 gün sonra xəstələrin vəziyyətləri daha da ağırlaşmağa başlayır. Xəstəxanada yatan bir xəstə özünü təyyarə zənn edib 3-cü mərtəbədən tullanır. Ən qəribəsi isə o olur ki, həmin xəstə yerindən qalxaraq sağa-sola qaçmağa başlayır, sonra özünü atır. Müalicə alan xəstələrdən 6-sı da intihar edərək həyatlarına son qoyur.

Həkimlər uzun araşdırmalardan sonra hadisənin başlanğıc nöqtəsinin kənddəki soba olması qənaətinə gəlirlər. Çünki çox çörək yeyən insanlar daha şiddətli qarabasmalar görürmüş. Az çörək yeyənlər isə ancaq fiziki ağrılardan şikayət edirmişlər.

Çörəyin dəli etməsinin səbəbi kimi isə çörəkçi Roch Briandın narkotik təsiri olan ergot göbələyini səhvən xəmirinin içərisinə qarışdırması göstərilir.

Hadisələrdən 2 il keçəndən sonra kənddən bir nəfər də intihar edərək həyatına son qoyur. Bu hadisəylə birlikdə də hər şeyin ancaq çörəkdən qaynaqlanmadığı ideyası ortaya çıxır. Hadisədən sonra kəşfiyyat orqanı olan MKİ-nin ortaya çıxardığı sənədlər isə ortalığı daha da qarışdırır.

Getdikcə sirlər dünyasına dönən bu hadisəni jurnalistlər araşdırır və bir dərman firması ilə MKİ-nin arasında baş verən danışıqlar nəşr olunur. Sənədlərdə kənddəki insanların LSD səbəbiylə dəli olduqları yazılıbmış.

Bu xəbərlərin yayılmasından sonra MKİ-nin həmin kənddəki insanları istifadə edərək zehin nəzarəti təcrübəsi apardığı vurğulanıb. Əlbəttə bu sadəcə bir iddia idi və aradan keçən on illərə baxmayaraq işıqlandırılmayıb.

Əsl müəmmalı olan isə bu hadisələrin kimlərsə tərəfindən ört-basdır edilməyə, yəni unutdurulmağa çalışılması olub. Yəni iddiaların doğruluq ehtimalı yüksək görünsə də, unutdurmağı nail olduqları üçün bir daha hadisə üzərinə qayıdılmayıb.

Moderator.az

Tarix
2017.06.23 / 18:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla