Yuxarı

Dünyanın ən isti bölgəsi... - Qonşu ölkə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın Əl-Əziziyə şəhəri 90 il boyunca dünyanın ən isti bölgəsi sayılıb. 1922-ci il sentyabrın 13-də bu şəhərdə qeydə alınan 57,8° dərəcə isti rekord göstərici hesab olunub. Lakin 2012-ci ildə həmin göstərici Dünya Meteorologiya Təşkilatı tərəfindən ləğv edilib. Buna səbəb ondan da yüksək hərarətin müşahidə olunduğu bölgələrin mövcudluğudur.

Axar.az xəbər verir ki, dünyanın ən isti bölgəsi hazırda İran yaylasındakı Lut səhrası hesab olunur. Ön Asiyanın ən böyük və ən geniş yaylasında yerləşən həmin duzlu səhraya “boşluq çölü” də deyilir. 2004-2007-ci və 2009-cu illərdə Yer kürəsində ən isti temperatur burada qeydə alınıb. 2005-ci ildə müşahidə olunan 70,7° C temperatur isə yeni rekordu müəyyənləşdirib və planetin ən isti bölgəsi kimi təsdiq edilib. Canlıların yaşamadığı səhrada havanın orta illik temperatur göstəricisi 49,6° C, yay fəslində isə 58,3° C-yə bərabərdir.

Bundan əlavə, Tailandın paytaxtı Banqkok da dünyanın ən isti bölgələri sırasındadır. Havanın orta illik temperaturunun 27,7° C olduğu həmin şəhərdə yüksək hərarət dekabrın sonu, hətta yanvarın əvvəllərinə qədər davam edir. Banqkok Dünya Meteorologiya Təşkilatı tərəfindən planetin ən isti şəhəri seçilib. Buna səbəb isə isti havanın uzun müddət davam etməsi və hətta gecələr belə temperaturun çətinliklə aşağı düşməsidir.

Tarix
2017.07.23 / 13:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla