Yuxarı

İŞİD-in varislərindən biri İraqda öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşmasının başçısı Əbubəkr Bağdadinin real varislərindən biri İyyad əl-Obaydi İraqda məhv edilib. Bu məlumatı bazar ertəsi günü “Al-Arabiya” telekanalı yayıb.

Axar.az xəbər verir ki, Bağdadinin yaxın köməkçilərindən olan əl-Obaydi ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın Mosuldan qərbdə endirdiyi aviazərbə nəticəsində öldürülüb. Əməliyyatın detalları məlum deyil. Alyans komandanlığı məlumatı şərh etmir.

Bir qədər əvvəl ərəb KİV-ləri məlumat vermişdilər ki, Bağdadinin ölümü təsdiqləndiyi halda, onun yerinə İraqın sabiq prezidenti Səddam Hüseyn ordusunun iki keçmiş zabiti – terror iyerarxiyasında yüksək postlar tutan İyyad əl-Obaydi və Ayyad əl-Cumayli iddia edə bilərlər. İyulun 11-də “As-Sumariya” telekanalı Naynava vilayətindəki mənbəyə istinadla məlumat vermişdi ki, İŞİD yaraqlıları başçıları əl-Bağdadinin öldürüldüyünü elan ediblər.

Xatırladaq ki, bir müddət əvvəl Rusiya Müdafiə Nazirliyi İŞİD liderinin Rakka şəhərinin cənubunda mümkün məhvi barədə açıqlama yaymışdı. Nazirlikdən bildirmişdilər ki, mayın 28-də Rusiya aviasiyası Suriyada İŞİD liderlərinin toplaşdığı komanda məntəqəsinə zərbə endirib. Aviazərbə nəticəsində 30-dək yüksək vəzifəli səhra komandirinin öldürüldüyü, Bağdadinin də onların arasında olduğu iddia edilirdi.

İŞİD başçısının ölümü haqqında KİV-də zaman-zaman məlumatlar yayılsa da, hələlik bu xəbərlərin heç biri təsdiqini tapmayıb.

Tarix
2017.07.24 / 21:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla