Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Avqust 2018


Türkiyə öz diplomatlarını bilərəkdən təxliyə etməyib – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ötən gün iraqlı kürd rəsmisi ilə görüşdüm. O mənə dedi ki, Ankara ilə əlaqəyə keçdik, konsulluq işçilərini təxliyə edə biləcəyimizi söylədik. Lakin Ankaradan buna müsbət cavab gəlmədi".

Axar.az xəbər verir ki, bunu "Milliyət" qəzetinin yazarı Əsli Aydıntaşbaş öz köşəsində bildirib. Yazarın sözlərinə görə, Ankara, ümumiyyətlə, diplomatların azad edilməsi məsələsinə könülsüz yanaşıb:

"İki gün əvvəl İŞİD terrorçularının əməliyyatları ilə bağlı xəbər yazarkən Mosuldakı Baş Konsulluğun təxliyə ediləcəyi xəbərini əldə etmişdim. Bəs nə üçün təxliyə həyata keçirilmədi? Ötən gün iraqlı kürd rəsmisi ilə görüşdüm. O mənə dedi ki, Ankara ilə əlaqəyə keçdik, konsulluq işçilərini təxliyə edə biləcəyimizi söylədik. Lakin Ankaradan buna müsbət cavab gəlmədi".

Müəllifin sözlərinə görə, Türkiyənin köməkdən imtinasında başlıca səbəb Ankaranın prestijinin zədələnməsi ola bilərdi:

"Türkiyə tərəfi Kürdistan rəsmilərindən evakuasiya ilə bağlı kömək təklifi aldıqda artıq gec olduğunu deyiblər. Təxliyə xəbəri gündəmə gəldiyində hava limanı və bütün yollar İŞİD-in əlində olub. Ankarada aparılan müzakirələrdə diplomatların konsulluqda qalmasının daha təhlükəsiz olacağı qərarı verilib. Ola bilsin, Ankarada edilən qiymətləndirmədə İŞİD-dən qaçmaq və ya kürd silahlılarının köməyilə konsulluğun təxliyəsinin Türkiyənin prestijinə zərər veriləcəyi qərarına gəlinib".

Qeyd edək ki, buna uyğun daha bir sensasiyalı açıqlama ilə dünən CNN Türk kanalının canlı yayımına bağlanan MHP-li millət vəkili Sinan Oğan çıxış etdi. Sinan Oğan Mosuldakı Baş Konsulluğu mühafizə edən 30 polisin bir güllə belə atmadan təslim olmasının və konsulluq binasının qapılarının İŞİD terrorçularının üzünə açılmasının Ankaradan gələn tapşırıqla icra edildiyini söylədi.

Xatırladaq ki, İŞİD terror təşkilatı ötən gün Mosulda Türkiyənin Baş Konsulluğuna hücum edib. Baş konsul Öztürk Yılmaz daxil 49 diplomatı girov götürüblər.

Tarix
2014.06.12 / 12:05
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Загрузка...
Digər xəbərlər

AB-dən yunan əsgərlərinin buraxılmasına reaksiya

Akşənərə daha bir pis xəbər: O da getdi

Rusiya razılıq verməsə, Əsəd Türkiyə sərhədinə... - Yuva

Branson buraxılmadı, Tramp çox hiddətləndi - Ağ Ev

İtaliyada faciə belə yaşandı: körpünün uçma anı - Video

Xəzərlə bağlı tarixi razılaşmanın Türkiyəyə xeyri...

ABŞ-la Türkiyə heç vaxt strateji müttəfiq olmayıb - Tarixi fakt

Ərdoğandan Abadiyə: Şiddət çıxış yolu deyil

Türkiyə iki yunan əsgəri ilə bağlı son qərarını verdi

Türkiyə-ABŞ gərginliyinə NATO-dan - Reaksiya

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla