Yuxarı

Fermerlər yolları traktorlarla bağladılar - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada etiraz edən fermerlərin yolları bağlaması nəticəsində Parisə gedən yollarda uzunluğu bir neçə kilometrə çatan tıxac yaranıb.

"Axar.az"ın xəbərinə görə, əsas magistral yolları traktor və buldozerlərlə kəsən fermerlər bildirirlər ki, yalnız hakimiyyət orqanları onların tələblərini yerinə yetirməyə razılaşacağı təqdirdə geri çəkiləcəklər.

Tətilçi fermerlər paytaxtın özündəki körpüləri də bağlamağa çalışıblar, lakin polis onları şəhərə buraxmayıb.
Fransada taxıl istehsalçılarına hökumətin ayırdığı subsidiyalar onsuz da Avropada ən aşağı səviyyədədir. Bununla belə, hökumət həmin subsidiyaları 40 faiz azaltmaq niyyətindədir. Bundan əlavə, taxıl istehsalçıları ikiqat vergitutma ilə üzləşirlər. Üstəlik, yük maşınlarının sahibləri ətraf mühitin çirkləndirilməsinə görə ekoloji vergi ödəməli olacaqlar.

Fransa Fermerləri Həmkarlar İttifaqlarının rəhbəri Fransua Lekok bu tətilin səbəblərini izah etməyə çalışaraq deyib: "Biz ölkəmizi iqtisadi tənəzzülə sürükləyən, fermerləri müflisləşdirən bu hökumətlə barışmaq istəmirik. Axı biz alıcıların mənafeləri üçün işləyirik".

Tarix
2013.11.22 / 15:08
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla