Yuxarı

Rusiya Mərkəzi Bankı 12 milyardlıq səhv etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Mərkəzi Bankının cari ildə ölkədən kapital axını ilə bağlı proqnozunda 12 milyard dollarlıq yanılma olub.

Axar.az xəbər verir ki, “Gazeta.ru” il ərzində ölkədən 29 milyard dolların getdiyini yazıb.

“Mərkəzi Bank gələn il üçün kapital axınını 10 milyarddan 16 milyard dollara yüksəldib. Bu nə yaxşı, nə də pis bir şeydir. Amma bank sektorunda həyəcan artır.

Son 11 ay ərzində kapital axını 3,4 dəfə artıb. Payızda Mərkəzi Bank kapitalın hərəkəti ilə bağlı optimizm nümayiş etdirmişdi. OPEK və qeyri-Opek ölkələrin məhdudiyyətləri ilə neftin qiymətinin bahalaşması bu optimizmi yaradırdı. O zaman neftin dəyəri 40% artmışdı və ilk dəfə olaraq son iki ildə 60 dolları keçmişdi. Bu, Rusyanın ixracdan əldə etdiyi gəlirləri üçüncü rübdə artırmağa imkan verirdi. Sentyabrda Mərkəzi Bank kapital axınının 17 milyard dollar olacağını söylədi, amma bu optimizm qışın gəlişi ilə itdi. Təkcə Mərkəzi Bank yox, İqtisadi İnkişaf Nazirliyi də axını doğru dəyərləndirə bilmədi.

Mərkəzi Bank hələ də hesab edir ki, kapital axını investorların qaçışı yox, bankların öz borclarını bağlamaq istəməsiylə bağlıdır. Əslində kapital axınına banklarla bərabər şirkətlər də səbəb olub. Korporativ sektor üçüncü rübdə ölkədən 14 milyard dollar çıxarıb. Bu isə son illərin rekord göstəricisidir”, - məqalədə bildirilib.

Qəzet Mərkəzi Bankın açıqlamaları ilə ekspertlərin razılaşmadığını bildirib. Onların fikrincə, artıq iqtisadiyyat üçün həyəcanlı anlar yaxınlaşıb. Ekspertlər həmçinin neft qiymətlərinin artmasının belə Rusiyaya investor cəlbinə kömək etmədiyini söyləyib.

Tarix
2017.12.18 / 17:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla