Yuxarı

Ərdoğan hər gün buna izn verir: Türkiyə ABŞ-la...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada mövcud olan hazırkı vəziyyətdə müttəfiqlərimizə böyük ölçüdə ehtiyacımız var. Ukraynadan Cənubi Çin dənizi, Şimali Koreyadan Suriyaya qədər olan bölgələrdəki vəziyyətə baxın. Çox çətin geostrateji vəziyyət hakimdir. Bu vəziyyətdən çıxmaq üçün Türkiyə çox önəmlidir. Geostrateji rəqabətlər və xaos vəziyyətində bir ölkədə iki ünsür var: qabilliyyət və niyyətlər.

Axar.az xəbər verir ki, bunu ABŞ Xarici Əlaqələr Şurasının Türkiyə-ABŞ əlaqələri ilə bağlı təşkil etdiyi konfransda çıxışı zamanı Amerikanın Ankaradakı keçmiş səfiri Ceyms Cefri söyləyib.

“İqtisadiyyatdakı problemlərə rəğmən, Türkiyənin son 15 ildə iqtisadiyyatı 3 dəfə böyüyüb. Türkiyə gömrük birliyi və Qərbə inteqrasiyasını dayandırır. Daxildəki problemlərinə rəğmən, Türkiyə nisbətən stabil ölkədir. Coğrafi mövqeyi və hərbi qabiliyyətlərinə nəzər yetirsəniz, Yaxın Şərqdə, Qara dənizdə Türkiyəsiz fəaliyyətin mümkün olmadığını görərsiniz. Bu ölkənin qabiliyyətləri məsələsində heç bir problem yoxdur. Əsas sual onun niyyətləri ilə bağlıdır. Türkiyə status-kvo tərəfdarı olan gücdür. Türkiyənin bölgədəki stabilliyi və təhlükəsizliyinə təhdid müəyyən qədər PKK-dan gəlir. Ana ünsür isə İran və Rusiyadır. Ərdoğan bunu çox gözəl anlayır. Ona görə də Suriyada çox güclü hərbi addımlar atılır, çünki ruslar və Əsəd ölkənin şimal-şərqində atəşkəsi pozublar.

Türkiyə həmçinin fars hegemoniyasından da narahatdır. Bu da onu əslində Amerika düşərgəsinə doğru çəkir. Türkiyə bu düşərgədə digər ölkələrdən fərqli vəziyyətdədir. Ərdoğanın bir tərəfi dünyaya 19-cu əsrdən baxan Putin, digər tərəfi isə Şarl de Qoldur. O və türklərin əksəriyyəti ABŞ-dan nə qədər müstəqil olduqlarını göstərmək istəyirlər, amma yenə də ondan ayrılmırlar. ABŞ İŞİD-ə qarşı savaşda PKK-ya bağlı qrupa dəstək olur. Türkiyə buna hər gün reaksiya verir, amma bu qrupu dəstəkləyən təyyarələr də Türkiyədəki bazalardan havaya qalxır. Ərdoğan buna hər gün izn verir. Rusiyadan S-400 sistemləri alır, amma eyni zamanda NATO Türkiyəni Əfqanıstanda bizə yardımçı olan 4 kritik ölkədən biri olaraq görür. Dolayı yolla Ərdoğanın əslində nə etdiklərinə baxılanda iş birliyi üçün ümidverici məqamların olduğunu görmək olar”, - deyə o bildirib.

Tarix
2018.01.16 / 11:03
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla