Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 May 2018


Türk Hava Yolları şirkətindən - Rekord göstərici

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin ötən ayında Türk Hava Yolları aviaşirkəti əvvəlki illərin yanvar ayları üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub.

Türk Hava Yollarının mətbuat xidmətindən Axar.az-a bildirilib ki, şirkət tərəfindən daşınan sərnişinlərin sayı əvvəlki ilin analoji ayı ilə müqayisədə 37 faiz artaraq 5,7 milyona çatıb. Beləliklə, yanvar ayında Türk Hava Yollarının tarixində ilk dəfə olaraq 5 milyondan çox sərnişin daşınıb.

Yanvar ayında aviareyslərin ümumi yüklənmə səviyyəsi 7,3 faiz bəndi artaraq 79,8 faizə çatıb, kreslo-kilometrlərin sayı 17 faiz artıb, beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi isə 7,5 faiz bəndi artaraq 78,6 faiz təşkil edib. Həm daxili, həm də beynəlxalq reyslərdə yüklənmə səviyyəsi Türk Hava Yollarının tarixində rekorda çatıb.

Ötən ilin iyul ayında başlayan tələbatın ikirəqəmli artımı yanvarda 29 faizlik artım ilə davam edib.

Beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 45 faiz artıb (tranzit sərnişinlər istisna olmaqla).

Yanvar ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 34 faiz artıb. Artım əsasən Yaxın Şərq (45 faiz), daxili reyslər (44 faiz) və Avropanın (39 faiz) hesabına baş verib.

Reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Şimali Amerika, Yaxın Şərq, Mərkəzi Amerika, Cənubi Amerika və Afrika müvafiq olaraq 13 faiz bəndi, 1 faiz bəndi, 9 faiz bəndi və 8 faiz bəndi artıb.

Qeyd edək ki, THY hazırda 302 istiqamət üzrə uçuşlar həyata keçirir. Bu sırada, həmçinin həftədə 5 dəfə olmaqla Azərbaycan üzrə 3 istiqamətdə uçuşlar var. Artıq 26 ildir Azərbaycanda fəaliyyət göstərən aviaşirkət Bakıya uçuşlarını “Airbus A321” təyyarələri ilə edir. Eyni zamanda, həftədə 2 dəfə olmaqla Pakistanın paytaxtı İslamabada uçuşları Bakı üzərindən yerinə yetirir.

Tarix
2018.02.14 / 20:42
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

İrəvanda aksiyalar: vətən xaini azadlığa çıxa bilər

Gülən ABŞ-a xüsusi adamlar çağırdı - 7 gizli maddə

ABŞ ordusu Suriyadan çıxacaqmı? - Naumkin açıqladı

Qlobal istiləşmə canlıların sayını 50% azaldacaq

PKK millət vəkilini İraq parlamentinə yerləşdirdi

İran alpinistlərindən Azərbaycana qarşı şok - Foto

Moskva ayağa qalxıb və dünyanın yarısını tələb edir

Rus general helikopter qəzasında öldü

Netanyahu: Tramp İranın pul maşınını yox edir

ABŞ-ın imici darmadağın olur, Rusiya isə... – Şok sorğu

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla