Yuxarı

Fransanı qorxuya salan İŞİD-çi məhv edildi - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:46

Fransanın cənubunda yerləşən Trebes şəhərində naməlum şəxs supermarket işçilərini girov götürüb.

Axar.az xəbər verir ki, “Frans Press” agentliyi market işçilərini girov götürən şəxsin İŞİD-lə əlaqəli olduğunu yazıb.

Məlumata görə, “Super U” adlı marketə daxil olan silahlı şəxs ətrafdakılara atəş açmağa başlayıb.

16:03

Fransız mətbuatı marketə hücum edənlərin 2 nəfər olduğunu yazıb.

Məlumata görə, silahlı şəxslər əvvəlcə polis əməkdaşlarına atəş açıb, bu zaman bir polis əməkdaşı yaralanıb. Daha sonra yaxınlıqdakı marketə daxil olan terrorçular 8 nəfəri girov götürüb. Marketdən silah səsləri eşidilib.

Girovlardan birinin öldürüldüyü ehtimal edilir. Bəzi mənbələr fransız polisinin keçirdiyi əməliyyat nəticəsində silahlı şəxslərdən birinin öldürüldüyünü yazıb.

Fransanın Daxili İşlər nazirinin də hadisə yerinə yollandığı açıqlanıb.

AFP insident zamanı iki adamın öldüyünü yazıb.

16:20

Trebes şəhərinin bələdiyyə sədri girovların azad edildiyini açıqlayıb. Marketdəki silahlı şəxsin saxlanılması üçün əməliyyat davam etdirilir.

17:57

Fransada terrorçunun supermarketə hücumu nəticəsində ölənlərin sayı 3-ə çatıb.

Trebes şəhərində terror aktını törədən şəxsin Mərakeş vətəndaşı və radilak dini qruplaşmanın üzvü olduğu bildirilib. Silahlı şəxsin yaxalanması üçün əməliyyat davam edir.

***

Trebes şəhərində supermarketdə insanları girov götürən şəxsin polis tərəfindən öldürüldüyü bildirilib.

Məlumata görə, cinayətkar girovları azad etdikdən sonra polisin xüsusi əməliyyatı nəticəsində məhv edilib.

Tarix
2018.03.23 / 18:47
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla