Bu xəstəliklər xərçəngə çevrilə bilər - Xəbərdarlıq
02:25
Ana səhifə Planet |
ABŞ bu ölkənin mövqeyinə zidd olaraq, İran neftini almaqda davam edən istənilən ölkəyə, o cümlədən Rusiya, Çin və digər dövlətlərə sanksiya tətbiq etməyə hazırdır.
Axar.az xəbər verir ki, bu fikri ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Konqresdə dünya maliyyə sistemi haqqında illik dinləmələr zamanı səsləndirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp mayın 8-də İranın nüvə proqramı sazişindən çıxdığını bəyan edib. O, İrana qarşı bütün sanksiyaların, o cümlədən ikinci dərəcəli, yəni İranla biznes quranlara qarşı da sanksiyaların yenidən tətbiqi barədə qərar verib. “Altılığın” digər üzvləri ABŞ-ın bu addımına qarşı çıxıblar. Vaşinqtonun Avropadan olan tərəfdaşları İranla sazişə əvvəlki kimi riayət etmək fikrində olduqlarını söyləyiblər.
Tarix
2018.07.12 / 23:27
|
Müəllif
Axar.az
|