Yuxarı

Rus ordusu erməni kəndinə yeridildi: Böyük panika... – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası hərbi təlim keçirib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı “Aravot” qəzeti yayıb. Təlim Şirak vilayətinin Panik kəndində baş tutub.

Maraqlıdır ki, təlimlə bağlı kənd sakinləri öncədən xəbərdar edilməyib. Təlim atəşi başladıqdan sonra kənd əhalisi təşvişə düşərək, müharibənin başladığını düşünüb.

Qəzetə açıqlama verən kənd icra nümayəndəsi Vardan Makeyan baş verənlərin biabırçılıq olduğunu deyib:

“30-a yaxın əsgər kənd yolunu bağlayıb, atəş açdılar. Yaxşı ki, istifadə edilən güllələr döyüş patronları deyildi. Hamı bu səslərdən sonra dərhal evlərdən çıxıb qaçdı. Bəzi uşaqlar hətta qorxudan huşlarını belə itirdilər. Kəndin ərazisində təlimin keçiriləcəyi barədə qabaqcadan xəbərdarlıq edilməməsi təhqiredicidir. Anlayırıq ki, bu hərbi baza bizi müdafiə edir, amma onlar təlimlərini kənddə keçirməməlidirlər”.

Yayılan görüntülərdə kənd sakinləri rus hərbçilərini təhdid də ediblər. Onlar polisə xəbər verib cinayət işi açdıracaqlarını bildiriblər.

Tarix
2018.07.18 / 10:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla