Ana səhifə Planet |
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağa səfər edib.
Axar.az xəbər verir ki, bu barədə Qarabağ separatçıları məlumat yayıb.
Vanetsyan Xankəndidə qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə əsas müzakirə mövzusunun İrəvanla qondarma rejim arasındakı münasibətlər olduğu bildirilib.
Qeyd edək ki, son günlər Ermənistanın yeni hökuməti Qarabağ klanına qarşı təzyiqlərini gücləndirib. Artıq Qarabağ klanının əsas liderlərindən biri olan Robert Köçəryan həbs edilib və digər üzvləri barədə araşdırmalara start verilib. Klanın digər lideri olan Ermənistanın eks-prezidenti Serj Sərkisyan isə bir müddət İtaliyada dincəldikdən sonra İrəvana, oradan isə birbaşa Xankəndinə gəlib.
Tarix
2018.08.11 / 15:00
|
Müəllif
İlkin Həsənov
|