Yuxarı

Paşinyandan şok: Əgər başıma nəsə gəlsə... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:09

Əgər Ermənistan Baş naziri Nikol Paşinyana nəsə olsa, o zaman xalq küçələrə çıxacaq və potensial qatil hesab etdiyi şəxslər üzərində məhkəmə quracaq.

Axar.az xəbər verir ki, bunu İrəvanda keçirdiyi mitinqdə çıxışı zamanı Paşinyan söyləyib.

“Potensial qatillərə nə olacağını təsəvvür edirsinizmi? Mən xalqın mandatı və razılığı ilə antikorrupsiya mübarizəsi aparıram. Əgər başıma nəsə gəlsə, xalq küçələrə çıxacaq və potensial qatillər üzərində məhkəmə quracaq. Məhz xalq mənim təhlükəsizliyimin zəmanətçisidir. Mən özümün və ailəmin təhlükəsizliyindən narahat deyiləm. Bu mübarizə sona qədər davam edəcək. Əgər mən korrupsiyaya bulaşsam, o zaman məni Respublika meydanında asın”, – deyə o bildirib.

O, Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyanın bank hesabları məsələsinə də toxunub. Paşinyanın sözlərinə görə, təkcə bir bankda onun 30 milyon dolları var və bu dondurulub.

“Saşik Sərkisyana çağırış edirəm ki, bir həftə ərzində 30 milyon dolları dövlət büdcəsinə qaytarsın. Biz imkan verməyəcəyik ki, kimsə xalqla məzələnsin. Robert Köçəryan, Serj Sərkisyan, Ovik Abramyan, Qagik Xaçaturyanın bizim üçün heç bir fərqi yoxdur. Təhdidlərlə bizə qarşı dayanacağınızı düşünməyin”.

Tarix
2018.09.12 / 13:18
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla