Yuxarı

Türklər Türkiyədə azlığa çevriləcək… - Türkqan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bir azdan türklər azlıq təşkil edəcəklər.

Axar.az xəbər verir ki, bunu Türkiyə parlamentində çıxışı zamanı İYİ Partiyasından olan deputat Lütfi Türkqan deyib.

“Türkiyədə rəsmi mənbələrə əsasən, 3,6 milyon, qeyri-rəsmi mənbələrə görə isə 4 milyon suriyalı yaşayır. Türkiyənin suriyalı miqrantları qəbul etmə məsələsində izlədiyi yanlış siyasət davam etsə, bu rəqəm 2040-cı ildə 7,5 milyon nəfərə çatacaq. Bu gün Türkiyədə 20 nəfərdən biri suriyalıdır, 2023-də ölkədəki hər 13 nəfərdən biri suriyalı olacaq. Belə getsə, Qaziantep, Şanlıurfa, Hatay və Kilisdə türklər azlıqda olacaqlar. Mersin və Adanada isə yaranan balans tamam pozulacaq. Öz adamlarımızı öz torpaqlarımızda azlığa çeviririk. Vəziyyət əslində bu qədər ağırdır. Belə bir şəraitdə Türkiyənin birliyini və milli dövlət təməlini qoruması mümkün deyil.

Bu günə qədər suriyalılara ölkəmizdə 35 milyard dollar xərclənib. Çindən mal almaq üçün 3,6 milyard dollarlıq kredit alanda zurna-balaban çalırsınız, amma suriyalı miqrantlara 35 milyard dollar xərcləyirsiniz. Bu pulu öz insanımıza xərcləsəydik, nələr edə biləcəyimizi anlaya bilirsinizmi? Bu pulla 400 xəstəxana, Boğazda yeddi körpü, 30 min məktəb inşa edə bilərdik”, - deyə o bildirib.

Tarix
2018.10.18 / 11:50
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla