Yuxarı

Əqidədaşları Sərkisyanı partiyadan da qovur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın keçmiş hakim partiyası olan Respublikaçılar Partiyasının daxilində parçalanmalar sürətlənib.

Axar.az xəbər verir ki, bu iddia ilə “Past” qəzeti çıxış edib.

“Məsələ təkcə bu qüvvənin parlamentə daxil ola bilməməsiylə bağlı təəccübdə deyil. Məsələ ondadır ki, seçkinin nəticələrinin qəbul edilib-edilməməsiylə bağlı fikir ayrılığı var. Bəzi respublikaçılar seçkinin nəticələrindən şikayət verilməsini istəsələr də, əksər üzvlər indiki vəziyyətdə situasiyanın daha da gərginləşdirilməməsini istəyiblər.

Fikir ayrılığına başqa bir səbəb isə Serj Sərkisyanın bir sıra fəaliyyətidir. Belə ki, partiya üzvlərinin bir hissəsi Sərkisyandan narazıdır. Onların fikrincə, faktiki olaraq Sərkisyan baş nazir olmaq istəməklə, David Şahnazaryan və Artaşes Geqamyanı seçkiqabağı kampaniyaya qoşmağa çalışmaqla partiyanı dağıdıb. Tezliklə, partiyada rəhbərliyin dəyişməsi məsələsi gündəmə gələ bilər”, – deyə qəzet bildirib.

Qeyd edək ki, Serj Sərkisyan 2007-ci ildən Respublikaçılar Partiyasına rəhbərlik edir. O, bu vəzifəyə Andranik Markaryanın ölümündən sonra gəlib.

Tarix
2018.12.12 / 14:24
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla