Yuxarı

Putin SSRİ rəhbərini ittiham etdi – Qorbaçov cavab verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın və orta mənzilli raketlərin ləğvi haqqında razılaşma SSRİ-nin birtərəfli qaydada silahsızlaşmasına səbəb oldu.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Niyə SSRİ rəhbərliyinin belə birtərəfli silahsızla.maya getməyi bir Allaha bəllidir. Onlar bunu etdilər. Həmin dövrdə SSRİ-nin yalnız yerüstü orta və yaxın mənzilli raketləri var idi. ABŞ isə bununla bərabər həm dəniz, həm də hava üçün nəzərdə tutulan analoji raketlərə sahib idi. SSRİ silahsızlaşmaya başlayanda ABŞ özündə olan, amma müqavilənin qadağan etmədiyi sistemlərin inkişafını davam etdirib”, – deyə o bildirib.

Putinin bu ittihamına Yaxın və Orta mənzilli raketlərin ləğvi haqqında razılaşmanı imzalayan SSRİ-nin son prezidenti Mixail Qorbaçov cavab verib. Qorbaçov “RİA Novosti” agentliyinə açıqlamasında Putinin fikirləriylə razılaşmadığını deyib:

“Dövlət başçısını yanlış məlumatlandıra bilərlər. Heç bir birtərəfli silahsızlaşma olmayıb. Bu razılaşma çərçivəsində həm sovet, həm də ABŞ-ın yüzlərlə raketi ləğv edildi. Dəniz və hava əsaslı yaxın və orta mənzilli raketlərin ləğvinə gəlincə isə bunun barəsində razılıq 1991-ci ildə birinci strateji hücum silahlarının ixtisarı barədə müqavilədə yer alıb. Bütün bu silahsızlaşma barədə qərarları SSRİ-nin hərbi rəhbərliyi səssiz şəkildə hazırlayıb”.

Tarix
2018.12.19 / 09:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla