Yuxarı

Autizm xəstəliyindən əziyyət çəkən qız dahidir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xəbər agentliyinin verdiyi məlumata istinadən on yaşlı autizm xəstəliyindən əziyyət çəkən Sonya Şatalova dahidir. Maraqlısı budur ki, qızın bu yaxınlarda "Aforizm və fikirlər" kitabı işıq üzü görüb.

Axar.az rus mediasına istinadən xəbər verir ki, ağır xəstəlik daşıyıcısı və yaşının az olmasına baxmayaraq, Sonya dahi şəxsiyyətlər kimi düşünür və bununla da ətrafında olan insanlarda heyrət yaradır.

Sonyanın yazdıqları bəzi fikir və düşüncələri sizin diqqətinizə çatdırırıq:

AZART- insanın heç bir iş icra etmədiyi halda qüvvəsinin sərf edəcəyi ünvandır. (8 yaş)

KƏPƏNƏK - yay xoşbəxtliyinin ilk əlamətidir. (8 yaş)

KÜLƏK - rahatlıq sevməyən hava axınıdır. (8 yaş)

GÜNAH - insanı Allahdan ayıran qəlbindəki qartmaqdır. (9 yaş)

UŞAQLIQ - insan həyatında taleyinin yüksəlişidir. (9 yaş)

QƏLB - insanın Allah və ya İblislə doldurduğu boşluqdur. (9 yaş)

TANIŞLIQ - müxtəlif və ya fərqli anlayışlı dünyaların qarşılaşmasıdır. (8 yaş)

OYUN - doğru yola istiqamətlənmiş qəsdi-qərəzlikdir. (8 yaş)

İMPROVİZƏ - sözlərin, səslərin, rənglərin yenilənməsi üçün düşüncə oyunudur. (8 yaş)

KİTAB - insanların zamanda dondurub saxlaya biləcəyi bilik və hissləridir. (8 yaş)

AT - nəhəng dörd nallı və hərarətli xoşbəxtlikdir. (8 yaş)

MASKA - bir simanı ifadə edəndir. (10 yaş).

MÜDRKLÜK - "az"la "çox" arasındakı tərəzidir. (10 yaş)

MUZEY – konservləşdirilmiş zamandır. (8 yaş)

ELM - şübhə əsasında bilikdir. (10 yaş)

YENİLİK - onunla görüşdən sonra dünya daha da varlı olur. (8 yaş)

GECƏ - ulduzlarla bol qara çətirdir. (8 yaş)

ROL – bu, oyun əsasında yaşanılan həyatdır. (8 yaş)

ROMANTİKA - hər yerdə möcüzə hiss etdiyin əhval-ruhiyyədir. (8 yaş)

NAĞIL - qəlbin real həyatından narazı qaldığı zaman uydurmuş həyatıdır. (8 yaş)

MÖRTƏRİZƏLƏR - yazı danışığında istifadə edilən divarlardır. (8 ya.)

GÜLÜŞ - dərdli ürək üçün həkimdir. (8 yaş)

YARIŞ - bir işin kim tərəfindən daha yaxşı icra edildiyini bilmək üçün ümumi iş birliyidir. (8 yaş)

UTANMA - insan qəlbindən günahı yandıran alovdur. (9 yaş)

TALE - ayrı-ayrı insanların kəskin hadisələrlə zəngin həyat sərhədidir. (8 yaş)

QORXU - hərəkətə doğru yolda əyləcdir. (8 yaş)

LƏZZƏT - qəlbin pis əhval-ruhiyyəsi zamanı bol hədiyyələrlə möcüzə yaratmaqdır. (8 yaş)

QASIRĞA - dəli olmuş küləkdir. (8 yaş)

ESSE - emosiyadan doğulan fikridir. (8 yaş)

Tarix
2014.12.05 / 01:56
Müəllif
Aynur Nurlu
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla