Liviyanın devrilmiş lideri Müəmmər Qəzzafinin uzun illər
gənc qızlara qarşı törətdiyi işgəncə və təcavüz otaqlarının
görüntüləri yayımlanıb.
"Axar.az" xəbər verir ki, görüntülər "BBC 4" kanalının
hazırladığı sənədli filmdə öz əksini tapıb. Ölümündən iki il
keçməsinə baxmayaraq, onun ölkədə yaratdığı qorxu hələ də davam
edir. 42 il iqtidarda olan Qəzzafinin 14 yaşından aşağı olan
qızlara qarşı törətdiyi cinsi təzyiqlərin məkanları ilk dəfədir ki,
yayımlanıb.
Vurğulanır ki, gənc qızlar təcavüz olmamışdan öncə tibbi
müayinədən keçirilib. Bunun üçün tibbi personal və avadanlıqlar
otağı müəyyənləşdirilib. Cakuzi, mühafizə otaqları və digər
təlabatlı məkanlar hərəmxananın əsasını təşkil edib.
Adı çəkilən məkanların video və fotolarını təqdim edirik.