Yuxarı

Sabiq baş katib: “Türkiyə istəsə...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun sabiq baş katibi Haviyer Solana Qərbin Rusiya ilə yaxınlaşmağının vacib olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, 1995-1999-cu illərdə Alyansa rəhbərlik edən Solana Avropa Birliyi ölkələrinin İŞİD-lə mübarizədə Rusiya ilə əməkdaşlığı artırdığını deyib:

"Türkiyə Suriyadakı böhran fonunda güclənən riskləri idarə edə bilmək üçün Rusiya ilə barışmalıdır. Paris hücumlarının ardından Fransa və Rusiya daxili terrora qarşı mübarizədə ölkələrin əməkdaşlığını artırmaq barədə razılığa gəldi. Əgər Türkiyə AB ilə əlaqələrinin yaxşılaşmasını istəyirsə, bu prosesə qatılmaq məcburiyyətindədir. Suriyaya qonşu olması səbəbindən Türkiyə bu bölgədə sülh prosesinin formalaşmasında əhəmiyyətli rol oynaya bilərdi. Ancaq Türkiyənin Suriyada Rusiya döyüş təyyarəsini vurub Moskva ilə əlaqələri pozması buna mane oldu".

Rusiya ilə əlaqələrdəki gərginliyin sanksiyalara yol açdığını deyən 73 yaşlı siyasətçi əlaqələrin normallaşması üçün şansların hələ də qaldığını qeyd edib.

"Rusiyanın Suriyadakı təyyarələrini S-400 raketləri ilə qoruması Türkiyənin Suriya sərhədindəki təsirini zəiflətdi. Bu vəziyyətdən ancaq strateji yaxınlıq əldə etməklə çıxmaq olar. Yəni, tərəflər Suriyadakı vəziyyətin normallaşması üçün səy göstərməli İŞİD-ə qarşı mübarizədə güclərini birləşdirməlidir. Türkiyə ötən illər ərzində ciddi siyasi böhranlardan uğurla çıxıb. Buna görə də Rusiya ilə barışmağa tələsmir. Belə bir yanaşma, heç şübhəsiz ki, bölgəyə sülh gətirməyəcək", - Solana qeyd edib.

Tarix
2016.01.03 / 09:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla