Bu xəstəliklər xərçəngə çevrilə bilər - Xəbərdarlıq
02:25
Ana səhifə Planet |
Suriyanın Rakka şəhərində İŞİD terrorçuları Rukiyə Həsən adlı qadın jurnalistin başını kəsiblər.
Axar.az xəbər verir ki, bu barədə "İndependent" qəzeti məlumat yayıb.
Məlumata görə, o, casusluq etdiyinə görə öldürülüb.
Rukiyə Həsən Rakka şəhərində İŞİD-lə bağlı xəbərlər dərc edən ilk qadın jurnalist olaraq tanınırdı.
Rakka Səssiz Öldürülür adlı insan haqları təşkilatı da Rukiyə Həsənin ölümünü təsdiqləyib.
Qeyd edək ki, Rukiyə Həsən İŞİD tərəfindən dəfələrlə təhdid edilib. O, bu baradə Feysbuk statusunda da yazmışdı.
Tarix
2016.01.05 / 23:51
|
Müəllif
Kamran Ədalət
|