Yuxarı

Dünyanın ən varlı 5 adamı bir günə 9 milyard itirdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlı beş adamı Səudiyyə Ərəbistanı ilə İran arasında münasibətlərin gərginləşməsi və Çin sənayesinin zəif göstəricilərinə görə ötən gün baş tutan ticarət əməliyyatlarında 8,7 milyard dollar itirib.

Axar.az "Blumberq"ə istinadən xəbər verir ki, Amazonun qurucusu Cef Bezos şirkətin səhmlərinin 5,8 faiz ucuzlaşması ilə 3,7 milyard dollar itirib. Hazırda onun sərvəti 56 milyard dollardır.

Dünyanın ən böyük moda şirkəti "İnditeks"in səhmlərinin 3,5 faiz ucuzlaşması Amansio Orteqanın 2,5 milyard dollar itirməsinə səbəb olub. Bununla Orteqanın sərvəti 70,4 milyard dollara düşüb.

Dünyanın ən böyük ikinci holdinqi "Berkşir Hethevey"in idarə heyətinin sədri Varen Buffet ötən gün 870 milyon dollar itirib və onun gəlirləri 61,4 milyarda düşüb.

Meksikalı Karlos Slim ticarət əməliyyatlarında 868 milyon (51,4 milyard – red.), Maykrosoftun qurucusu Bil Geyts isə 739 milyon dollar (83 milyard – red.) itirib.

Tarix
2016.01.06 / 00:00
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla