Ana səhifə Planet |
Fransanın sabiq prezidenti Nikola Sarkozi 267 səhifəlik "Ömür boyu Fransa" (La france pour la vie) kitabında ABŞ-da prezident seçkilərindən bəhs edib.
Axar.az xəbər verir ki, ABŞ-ın hazırki Prezidenti Barak Obama ilə sələfi Corc Buş arasındakı prezidentlik uğrunda qızğın mübarizə getdiyini kitabında yazan Sarkozi ciddi yanlışlığa yol verib.
Çünki Obama və Buş heç vaxt prezidentlik uğrunda yarışmayıb. Buş 2008-ci ildə ikinci prezidentlik müddəti bitdiyi üçün yenidən namizəd ola bilməzdi. Obama isə seçkiləri qazanaraq 2009-cu ilin yanvarında ABŞ-ın 44-cü prezidenti kimi fəaliyyətə başlamışdı.
Digər tərəfdən, Sarkozi bir günə 100 min tirajla satılan kitabında 2007-2012-ci illərdə prezidentlik müddətində bəzi səhv qərarlar verdiyini etiraf edib.
Lakin TF1 kanalına verdiyi açıqlamada kitabının nə "mea culpa" (daha çox dini terminologiyada istifadə edilən, lakin siyasətçilərin səhvlərini boynuna almaq üçün işlətdikləri "günahkaram" mənasını verən latın sözü. – red), nə də prezidentliyə namizədliklə bağlı əlaqəsinin olduğunu deyib.
Tarix
2016.01.27 / 01:25
|
Müəllif
Şəmsəddin Ənsar
|