Yuxarı

Azərbaycanda öldürücü qrip yayılıb? – Rəsmi açıqlama

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heç kimin ixtiyarı yoxdur ki, bilmədiyi şey haqda danışsın. H3N2 virusu virusaloji laboratoriyada təyin edilə bilər. Bu da Azərbaycanda yalnız bir yerdə - Respublika taun əleyhinə stansiyasında təsdiq oluna bilər.

Bu sözləri Axar.az-a Səhiyyə Nazirliyinin baş epidemioloqu, ATU-nun epidemiologiya kafedrasının müdiri İbadulla Ağayev ölkədə H3N2 virusunun yayılması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Azərbaycanda təhlükəli virus yoxdur:

“Mən sizə rəsmi surətdə bildirirəm ki, Azərbaycan ərazisində elə bir şey yoxdur. Kim deyirsə, bu, fərziyyədən başqa bir şey deyil. Əgər belə bir iddia varsa, buyursunlar, sübut etsinlər. Hər kəs özündən uydurduğu şeyi deyib, cəmiyyətdə ajiotaj yaratmasın.

Həkim olan adam bilməlidir ki, virus elektron mikroskop altında milyon dəfələrlə böyüdüldükdən sonra görünür. Elektron mikroskop da 10 manat deyil, 20 manat deyil. Bu aparatın qiyməti milyonlarla manata bərabərdir. Təşvişə düşmək, xof yaratmaq olmaz. Kim ölüb?! Necə olur ki, bir adam qripdən ölür, başqa idarələrin xəbəri olur, ancaq Səhiyyə Nazirliyinin bundan xəbəri olmur? Hansı laboratoriya bunu təsdiq edib? Hansı aparatla virus təyin olunub?

Səmimiyyətimə inana bilərsiniz, Səhiyyə Nazirliyinin rəsmisi kimi deyirəm ki, ölkə ərazisində belə bir şey yoxdur”.

İ.Ağayevin sözlərinə görə, ölkədə qrip virusu sürətlə yayılsa da, bu epidemiya səviyyəsinə çatmayıb:

“Virus təkcə Bakıda yayılmayıb. Bu, bütün dünyada var. Virus rayondan gələn adam deyil ki, Bakıya buraxmayasan. Bu, hava yolu ilə yayılan infeksiyadır. Virus dünyada həmişə olub, bundan sonra da olacaq. Nə qədər insan yaşayırsa, qrip və digər viruslar olacaq.

Biz gedib Rusiyanın tayqa meşələrindəki infeksiyalara qadağa qoya bilmərik ki?! İnfeksiya baş qaldırır və yayılır. Biz də buna uyğun tədbirlər görüb, yayılmasının qarşısını almağa çalışırıq.

Azərbaycanda vəziyyət sabitdir, xəstələnmə halları ümumi haldır. Hər bir kəs fərdi qaydada özünün qorumalıdır.

Qrip elə bir xəstəlikdir ki, 2-3 ildən bir epidemiyaları yayılır. 8-12 ildən bir ola bilər ki, pandemiyası da yayılsın. Şükür olsun ki, nə respublikada, nə də dünyada pandemiya var.

50-100 nəfərin xəstələnməsi ilə təşvişə düşmək lazım deyil. Əgər 1 nəfər xəstələnibsə, işə getməsin, evdə müalicə olunsun. Bununla da xəstəliyin qarşısını almaq olar.

Səhiyyə Nazirliyi vəziyyəti izləyir və buna uyğun bütün qabaqlayıcı tədbirlər görülür”.

Xatırladaq ki, tanınmış həkim, professor Adil Qeybulla Modern.az-a açıqlamasında ölkədə təhlükəli H3N2 virusunun yayıldığını deyib.

Onun sözlərinə görə, bu A virusunun bir formasıdır:

“Bu virus kifayət qədər ağır, kliniki gedişə malikdir. Həm yuxarı tənəffüs yolları infeksiyalarına, həm də yayılan qrip infeksiyasına “sezon qripi” deyirlər. Həmişə payız və qış fəsillərində bu cür hallar müşahidə olunur. Təbii ki, bu il virusa yoluxma halları daha çoxdur. Məsələ burasındadır ki, bunun qrip epidemiyası olması barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatı ortada yoxdur. Bu, sadəcə olaraq Rusiya və Azərbaycanda ortaya çıxan məlumatdır. Bu virusun yoxlanması üçün laborator müayinələrin nəticələri ortada yoxdur. Ona görə də, bəzi şeylər hələ də müəmmalı qalır”.

A.Qeybulla nazirlik tərəfindən rəsmi məlumat verilməsə də, hazırda yayılan H3N2 virusundan ölənlərin olduğunu istisna etmir:

“Keçən il də Azərbaycanda qripdən dünyasını dəyişən insanlar olub. Rəsmi statistikada öz əksini tapmasa da, bu fakt bizə məlum idi. Ağ ciyərin pnevmaniyası, yuxarı tənəffüs yollarının iltihabı, ağ ciyər ödemi kimi çox sayda xəstəliklər məhz qrip infeksiyası fonunda ağırlaşır, bəzən də ölümlə nəitcələnir. Builki virusdan da ölənlər var. Amma rəsmi olaraq açıqlanmır”.

Tarix
2017.01.09 / 12:56
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla