Yuxarı

20 qəpiklik dərmanı 5 manata satırlar - Video

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq 1 ilə yaxındır ki, apteklərdə yaraları yumaq üçün istifadə edilən "Rivanol" tozu satılmır. Onun əvəzinə isə ya başqa preparat təklif olunur, ya da hazır "Rivanol" məhlulu təklif edilir.

Xəzər xəbər məlumat verir ki, hazır məhlul 100 qramlıq qablardadır, qiyməti isə 5 manat 10 qəpikdir. Halbuki, toz halında olan "Rivanol”u 1 litr suya qatmaq mümkün idi. Qiyməti də indikindən dəfələrlə ucuz idi.

Apteklərdən bildirildi ki, toz halındakı "Rivanol” dərmanı tədarükçüsü olan firma tərəfindən ölkəyə gətirilmir. Ona görə də apteklərdən tapmaq mümkün deyil.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, dərman satışı ilə məşğul olan firmalar fərdi sahibkarlara məxsusdur. Bu səbəbdən hansı dərmanı gətirib-gətirməyəcəyinə də onlar özləri qərar verirlər. Yəni nazirlik bu işə qarışmır. Səhiyyə Nazirliyi yalnız dərmanların keyfiyyətini yoxlayır.

Ölkəyə toz halında olan "Rivanol"un gətirilməməsinin səbəblərini öyrənmək üçün dərman firmanları ilə də əlaqə saxladıq. Lakin hər biri mövqe öyrənmək üçün başqa bir firma ilə əlaqə saxlamalı olduğumuzu deyərək cavab vernəkdən yayındılar.

Tarix
2017.04.25 / 01:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla