Yuxarı

Bu xəstəlik cinsi problemlər yaradır – Həkim

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ürəyin dəqiqədə vurduğu 5-6 litr qanın 1.5 litri böyrəklərdən süzülür. Hər iki böyrəkdə olan nefronlardan 1 dəqiqədə 1 litr qan keçir. Böyrəklərdən keçən qan süzüldükdən sonra yararlı maddələr yenidən qana verilir, lazımsız maddələr isə orqanizmdən atılır. Bütün bunlar böyrəklərin orqanizm üçün nə qədər önəmli olduğunu göstərir.

Bu sözləri Axar.az-a uroloq-androloq cərrah, uzman həkim Seymur Kərimov böyrək xəstəlikləri haqda danışarkən deyib. Onun sözlərinə görə, hazırda böyrək daşı xəstəliyi daha çox yayılıb:

“İçdiyimiz suya diqqət etmək lazımdır. Suyun minerallığı o qədər yüksəkdir ki, az qala hər iki nəfərdən birinin böyrəyində mikrolitlərə, yəni daş kristallarına rast gəlinir. Normada gün ərzində 3-3.5 litr maye qəbul etməliyik.

Daş sidik kanalına düşdüyü zaman şiddətli böyrək sancısı yaranır. Müəyyən müddət keçəndən sonra böyrək bu ağrını kompensasiya etməyə başlayır. Yəni, sanki böyrək öncə fəryad edir, daha sonra hidronefroz adlanan vəziyyət yaranır. Hidronefroz - böyrək şişməsi və böyrəkdən sidiyin xaric edilməməsi ilə əlaqədardır. Sidiyin ifrazı zamanı ortaya çıxan hər hansı tıxanma sidiyin böyrəklərdən çıxışının qarşısını alır. Tıxanma sidiyin böyrəkdə toplanmasına və zaman keçdikcə böyrəyin patoloji böyüməsinə səbəb olur.

Erkən dönəmdə böyrək daşı rahat müalicə oluna bilən bir problemdir. Böyrək daşının müalicəsində gecikmək çox təhlükəlidir. Müalicə geciksə, böyrəyin böyüməsinə səbəb olan faktorlar aradan qaldırılsa belə, baş verən ağırlaşmanın nəticələrini müalicə etmək çox çətin olur. Böyrək çatışmazlığı problemləri önə çıxır və bir müddət sonra xəstə zədələnmiş böyrəyi ilə vidalaşmalı olur”.

S.Kərimovun sözlərinə görə, kişilərdə yaranan böyrək xəstəlikləri cinsi problemlərə yol aça bilər:

“Günümüzdə kişilər cinsi problemlərin müxtəlif formalarından əziyyət çəkir. Bu problemlər infeksiya və patologiya ilə yanaşı, gündəlik iş rejimi, stress və zərərli vərdişlərlə də bağlı ola bilər. Siqaret və spirtli içkilər istənilən halda erektil disfunksiyaya səbəb olur. Digər bir səbəb prostat vəzinin adenomasıdır. Adətən, yaşı 50-dən yuxarı olan kişilər arasında çox rast gəlinir. Xəstəliyin ilkin mərhələsində, xüsusən gecə saatlarında xəstələr tezləşmiş və bir qədər çətinləşmiş sidik ifrazının olmasından şikayət edir. Bundan başqa irsiyyət, sidik kisəsi və sidik kanalının iltihabi xəstəlikləri, sidik-cinsiyyət üzvlərinin travmaları, oturaq iş və yaşayış tərzi, spirtli içkilərin qəbulu və bu kimi digər amillər son nəticədə cinsi problemlərə yol aça bilir.

Bundan əlavə, sidik kisəsində normadan artıq sidiyin qalması da ciddi problemdir. Normada sidik kisəsində 100 milli litrə qədər qalıq sidik ola bilər. Sidik kisəsinin həcmi 350-400 milli litrdir. Xəstə sidiyin dördə üçünü ifraz edə bilirsə, bu, qəbulediləndir. Amma xaric olmayan sidiyin həcmi 100 milli litrin üzərindədirsə, artıq bu problemdir və cərrahi əməliyyatın bir göstərişidir”.

Qeyd edək ki, Azərbaycanda ötən il 63 nəfərə böyrək köçürülüb. Hazırda böyrək köçürülməsi əməliyyatı olunmuş 848 nəfər isə immunosuppressiv dərman preparatları ilə təmin olunur.

Tarix
2017.04.26 / 01:36
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla