Yuxarı

Klinikada 20 yaşlı qız öldü - Həkim qaçdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özəl klinikanın həkiminin səhlənkarlığı üzündən komaya düşən 20 yaşlı qız dünyasını dəyişib. 20 yaşlı Ayşən Mirzəyevanın komaya düşməsinə və ölümünə səbəb olan “Grand Hospital” klinikasının həkimi invaziv-radioloq İlqar Hüseynov hadisədən sonra qaçıb gizlənib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Medicina.az saytına həkim səhlənkarlığının növbəti qurbanı olan A.Mirzəyevanın valideynləri bildirib.

Valideynlərin sözlərinə görə, hadisədən sonra qızın əməliyyatını həyata keçirən və ölümünə səbəb olan həkimi tapmaq mümkün deyil.

Bildirək ki, Bakıda "Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından 20 yaşlı qız komaya düşmüşdü. Noyabrın 30-da damarın hemangioması diaqnozu ilə xəstəxanaya aparılan 1997-ci il təvəllüdlü Ayşən Mirzəyevaya anju olunub. Xəstəxanada çalışan invaziv radioloq İlqar Hüseynov qızın ailəsinə göz qapağının altında olan ləkənin aparılması üçün əməliyyat lazım olduğunu deyib. Həkim həmin hissəyə gedən damarın bağlanılacağını, bununla da problemin həll olunacağını bildirib. Lakin əməliyyat zamanı damarı bağlamaq üçün istifadə olunan material beyinə gedib və orada ilişib qalıb. Bu isə Ayşənin komaya düşməsinə səbəb olub.

Əməliyyat masasında komaya düşən gəncin valideynləri qızlarının səhhətinin ağırlaşması və onun komaya düşməsi ilə bağlı onlara heç bir məlumat verilmədiyini bildirmişdi.

Qeyd edək ki, bütün ölkə mətbuatı 20 yaşlı gəncin komaya düşməsindən yazarkən Səhiyyə Nazirliyinin rəsmisi Trendə verdiyi açıqlamasında məsələdən məlumatsız olduğunu bildirib.

Səhiyyə Nazirliyindən əlavə edilib ki, hadisənin baş verdiyi müəssisə özəl olduğundan araşdırmanın aparılması üçün zərərçəkənin ya qohumları, ya da hüquq-mühafizə orqanları nazirliyə müraciət etməlidir. Lakin indiyədək nə qohumlar, nə də hüquq-mühafizə orqanları tərəfindən nazirliyə müraciət daxil olub. Bu səbəbdən də nazirlik özəl klinikada baş vermiş hadisə ilə əlaqədar hər hansı araşdırma aparmır.

Tarix
2017.12.05 / 17:38
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla