Yuxarı

Burnuna görə intihar edənlər var – Cərrah

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burnuna edilmiş səhv əməliyyata görə, intihar edənlər var. Estetik edən həkim pasientin göstərdiyi şəklə əsasən əməliyyat edəndə nəticə belə olur.

Axar.az xəbər verir ki, bu sözləri LOR, rinoplastika və üz estetik cərrahı kimi təcrübəsi olan Qəhrəman Qəhrəmanov Medicina.az-a müsahibəsində bildirib.

Q.Qəhrəmanovun sözlərinə görə, estetik cərrahiyyədən təsəvvürü olmayan həkim ona müraciət edən pasiyentin yalnız burunu düzəltməyi təklif edir:

Ancaq belə olmalı deyil. Pasiyentin ürəyincə olan görüntünü yarada bilmək üçün insanın çənəsi və yanaqları da əməliyyat edilən buruna uyğun olmalıdır. Üzünə yaraşmayan burun pasiyent üçün faciədir. Hətta elə pasiyent olub ki, əməliyyatdan sonra əsəbləri dözməyib, intihar barədə düşünüb.

Zaman indi burun cərrahiyyəsi ilə yanaşı üz estetikasını da tələb edir. Amerika, Avropa, Türkiyədə rinoplastik cərrah həm də peşəkar üz estetik cərrahıdır. Əgər bir insan burnundan narazı olub, rinoplastika əməliyyatına qərar verirsə və cərrah yanına gəlirsə, biz artıq onu ayrı yöndən dəyərləndiririk. Estetik cərrahiyyədən təsəvvürü olmayan həkim təbii ki, yalnız burunu düzəltməyi təklif edəcək. Bəzisi pasiyentin gətirdiyi şəkilə baxır, bəzisi də pasiyentin seçiminə buraxır ki, necə istəsəz elə də olacaq. Bunlar peşəkarlıqdan uzaq fikirlərdir. Ola bilər, ideal burun kəsilər, amma o burun insana yaraşmaz.

Eləsi var, yenə həkimlər gəzir, 2-3 dəfə əməliyyat olunub. Məsələn, bu gün gənc xanım gəlmişdi, burnu zövqsüzdür. Amma baxdıq ki, xanımın çənəsi proporsionallıqdan uzaqdır. Əməliyyat zamanı mütləq çənəyə də "əl gəzdirmək” lazımdır. Almacıq nahiyəsi də doldurulmalıdır. Biz xəstəni başa salırıq. Təbii ki, o razılaşdı. Mən ən yaxşı burunu düzəltsəm də, yaxşı görünməyəcək. Düzdür, biz qeyri-adi iş görmürük. Bu, dünya estetik cərrahiyyəsinin adi tələbləridir”.

Q.Qəhrmanov bildirib ki, həkimin kəsəcəyi burun insanın qaşına, almacıq sümüyünə, dodağına, alınına, çənəsinə uyğun olmalıdır:

“Baxın, gündə nə qədər burun əməliyyatı olunur. Nadir halda üzə yaraşan, təbii burun görərsiz. Baxırsan ki, qəşəng kiçik burundu, amma üzün heç bir parametrinə uyğun gəlmir. Axı Allah belə sima yaratmaz, bu, gözəllik deyil”.

Tarix
2018.01.11 / 15:17
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla