Yuxarı

Xərçəngin müalicəsi tapıldı: Xəstəliyi məhv edən vaksin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya Universitetinin alimləri San-Fransiskoda xərçəng hüceyrələrini öldürən genetik modifikasiya olunmuş virus yaradıblar.

ABŞ-ın Kaliforniya Universitetinin alimləri xərçəng hüceyrələrini öldürən genetik modifikasiya olunmuş virus yaradıblar. Bu virus həmçinin şişlərə qarşı immun reaksiyasını da stimullaşdırır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "MedicalXpess”-in press-relizində qeyd edilib.

Pexa-Vec adlandırılan onkolotik virus vaksiniya virusunun dəyişdirilmiş versiyasıdır. Ona immun hüceyrələrin böyüməsini stimullaşdıran kiçik peptid molekulunu kodlaşdıran gen əlavə edilib.

Bununla yanaşı, timidinkinaz geni virusdan çıxarılıb, nəticədə infeksiya agenti yalnız xüsusi genlər olan RAS və p53-də mutasiyalar səbəbindən kinazın səviyyəsinin yüksək olduğu xərçəng hüceyrələrində çoxalmağa qadirdir.

Məlum olub ki, Pexa-Vec bədxassəli şişləri qidalandıran qan damarlarının böyüməsini məhdudlaşdırır.

Bu vaksini digər onkolitik viruslar kimi birbaşa şiş orqanına deyil, vena daxilinə yeritmək lazımdır. Bu, modifikasiya olunmuş agentə təkcə xərçəngin ilkin formasına deyil, həm də digər orqanlara keçmiş metastazlara da hücum etmək imkanı verir.

Pexa-Vec mədəaltı vəzinin neyroendokrin xərçəngindən əziyyət çəkən siçanlar üzərində sınaqdan keçirilib. Məlum olub ki, virus sağlam orqanizmi zədələmir, amma xəstə qan damarlarını zədələyir.

Baxmayaraq ki, infeksiya agenti bədxassəli şişlərin yalnız bir hissəsini məhv edib, amma məhz onun verdiyi immun reaksiya şişlərin yox olmasına səbəb olub.

Tarix
2018.02.16 / 01:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla