Yuxarı

Öskürəyi əla müalicə edən 50 qəpiklik vasitə...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Soyuqdəymə xəstəliklərindən sonra uşaqlarda uzun müddət ərzində öskürək qala bilər.

Böyüklərlə müqayisədə uşaqlarda nəfəs yollarının təmizlənməsi üçün daha çox vaxt tələb olunur ki, bu səbəbdən uşaqlarda öskürək də daha çox çəkir. Bildiyimiz kimi, öskürək orqanizmin müdafiə mexanizmlərindən biri olub nəfəs yollarının selik və bəlğəmdən təmizlənməsini təmin edir.

Sağlamolun.az xəbər verir ki, bu prosesi sürətləndirmək və uşağı üzücü öskürəkdən azad etmək üçün çox ucuz və əlçatan vasitədən istifadə edə bilərsiniz. Apteklərdə satılan kalsium xlorid preparatı həm böyük, həm uşaqlarda öskürəklə müşayiət olunan bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklər arasında: kəskin respirator xəstəlikləri, bronxit, ağciyər iltihabı, ağciyərdə durğunluq prosesləri, allergiyalar.

Uşaqlara kalsium xlorid məhlulu adətən peroral vasitə kimi təyin olunur. Kalsium xlorid bronxların fəaliyyətini stimullaşdırır, bəlğəmi durulaşdırır və onun nəfəs yollarından çıxmasını asanlaşdırır, sərbəst radikallar, toksinlər və allergenləri neytrallaşdırır, virus və bakteriya agentlərinə qarşı immun sisteminin aktivliyini artırır.

Kalsium xlorid məhlulu gündə 3 dəfə 1 çay, 1 desert və ya 1 xörək qaşığı olmaqla (uşağın yaşından asılıdır) uşağa verilir.

İstifadə etdikdən əvvəl uşağa nəzarət edən həkimlə məsləhətləşin.

Diqqət! Öskürək 2-3 həftədən artıq çəkirsə, usaqda yüksək hərarət, bəlğəmdə qan izləri və s. kimi simptomlar müşahidə olunursa, dərhal həkimə müraciət edin.

Tarix
2018.10.18 / 02:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla